Kompotun ziyanını bilirsinizmi? - Mütəxəssisdən meyvə xəbərdarlığı

Kompotun ziyanını bilirsinizmi? - Mütəxəssisdən meyvə xəbərdarlığı"Mövsümi meyvə və tərəvəzlərin yeyilməsi mədə-bağırsaq sistemində həzm prosesinə müsbət təsir göstərir. Meyvələrin tərkibində olan sellülozlar mədə-bağırsaq sisteminin işləməsinə kömək edir".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu açıqlamasında sağlam qidalanma üzrə ekspert-mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, sağlam insan orqanizmi gün ərzində bir stəkan meyvə şirəsi istehlak etməlidir: "Qan azlığı və yaxud digər xəstəliyi olan kəslər daha çox şirə istehlak etməlidirlər. Lazım olan vitamin və mineralların, qidalanmaya xeyirli olan maddələrin daha tez əldə edilməsi üçün şirə içmək vacibdir".
Mütəxəssisin fikrincə, kompot tipli bişirilmiş, konservləşdirilmiş meyvələrin zərərləri faydasından daha çoxdur: "Kompot hazırlanan zaman müəyyən miqdarda şəkər əlavə edilir. Hazırda istehsal olunan şəkərlərin tərkibi də qatqı maddələri ilə zəngindir və bir çox emal prosesindən keçib. Şəkər orqanizm üçün zərərli olan başlıca maddələrdəndir. Kompotla müqayisədə təzə meyvə-tərəvəzin yeyilməsi daha məqsədəuyğundur".
Onun sözlərinə görə, alma və heyva kimi meyvələri qaynadıb içdiyimiz zaman faydalı olduğu kimi, vitamini də itmir: "Buxarda, yaxud az miqdarda suda şəkərsiz olmaq şərtilə heyva və ya almanı qaynadıb içmək mümkündür. Qaynadılmış heyva öskürəyi müalicə edir, bəlğəmgətirici kimi istifadə etmək olar. Həmçinin, qaynadılmış alma ürəyə çox faydalıdır".
Məhsəti Hüseynova bildirib ki, tərəvəz şirəsi meyvə şirəsi qədər faydalı olmasa da, hər ikisi vacibdir: "Orqanizmə gündəlik tələbatını ödəmək üçün qırxdan çox vitamin lazımdır. Buna görə meyvə və tərəvəz şirələrinin öz yeri var. Hər bir meyvə və tərəvəzin tərkibində fərqli vitaminlər var. Yerkökü, çuxundur şirələri xüsusilə qış mövsümündə çox faydalıdır".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən son məlumatlar axsam az xeberler xeberler azerbaycan