Kömürün qiyməti kəskin BAHALAŞDI
İsrail və ABŞ-nin İranda keçirdiyi əməliyyatlar və bunun nəticəsində Fars körfəzindən neftlə LNG tədarükündə yaranan risklər kömür bazarında bahalaşmaya səbəb olub.
KONKRET.azmilliaz-a istinadən xəbər verir ki, son 24 saatda kömürün birja qiyməti 8,6% artaraq 2024-cü ilin dekabrından bəri ən yüksək həddə çatıb. Nyukasl (Avstraliya) limanından Asiya üçün əsas etalon sayılan kömürün qiyməti ton başına 128,7 dollara yüksəlib.
Bunun fonunda Avstraliyanın iri istehsalçıları "Whitehaven Coal Ltd." və "New Hope Corp." şirkətlərinin səhmləri 5%-dən çox bahalaşıb.
Alıcılar LNG bazarında mümkün uzunmüddətli fasilələrə hazırlaşır. Qətərin Ras-Laffan şəhərində yerləşən zavod İranın dron hücumu səbəbindən 30 ildə ilk dəfə fəaliyyətini dayandırıb. Qlobal LNG təchizatının təxminən 20%-ni təmin edən müəssisənin nə vaxt işə başlayacağı hələ açıqlanmayıb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma