"Konqreslə bu problemi həll etmək asan deyil" - Zelenski
Ukraynaya Rusiya ilə mübarizəyə təkan verəcək üç əsas qələbə lazımdır.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Latviya prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilk qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq.
"Birincisi, Konqres ilə bu problemi həll etmək asan deyil, hər şey bizdən asılı deyil. Lakin Ukrayna yardımın olması üçün Konqres əlindən gələni etməlidir", – prezident deyib.
İkinci qələbə isə Avropa İttifaqının dəstəyidir. O cümlədən, Ukrayna Aİ-dən 50 milyard avro məbləğində yardım paketi alır.
"Aİ-də hər kəs bu gün bu paketi dəstəkləməyə hazır deyil. Onların bu paketi dəstəkləmələri üçün hər şeyi etmək bizim borcumuzdur", – Zelenski qeyd edib.
Üçüncü qələbə isə Ukraynanın Aİ-yə gələcək üzvlüyü ilə bağlı dialoqun açılmasıdır.
"Bu, bizim üçün motivasiya edici addımdır. Hesab edirəm ki, bu gün bu üç şey vacibdir və biz yaxın gələcəkdə nəticələr əldə etməliyik",- deyə Zelenski qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Vardanyanın arvadı Bakıya gəlmək istəyir
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında