"Kontakt Home" şəhid ailələrinin kredit borclarını ləğv edir
"Kontakt Home" şəhid ailələrinin kredit borclarını ləğv edir
"Kontakt Home" Qarabağın azad olunması uğrunda hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir.
Bu barədə "Kontakt Home"un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib:
"Ordumuzun hazırki ruh yüksəkliyi, döyüş əzmkarlığı və uğurları bizi olduqca sevindirir. İnanırıq ki, bu haqq mübarizəsində qələbə bizim tərəfimizdə olacaq. İgid hərbçilərimiz də ən qısa zamanda sağ-salamat öz doğmalarının yanına qayıdacaq.
Çox istərdik ki, millətimiz şəhid verməsin. Amma döyüş meydanında şəhidin olması qaçılmazdır. Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var.
Bu borcu ödəmək üçün şəbəkəmiz onların ailə üzvlərinin (valideylərinin, həyat yoldaşları və övladlarının) şirkətə olan kredit borclarını ləğv etməyi öhdəliyinə götürür".
Qeyd edək ki, "Kontakt Home" həm də hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırıb. Bundan başqa, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir "Kontakt Home" əməkdaşının ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edir. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR