Koreyalı fermerlər diqqət mərkəzində: İt əti istehlakı ilə bağlı qadağa gündəm oldu - FOTO
Koreyalı fermerlər diqqət mərkəzində: İt əti istehlakı ilə bağlı qadağa gündəm oldu - FOTO
Cənubi Koreyada it ətinin istehlakını qadağan edən qanun qəbul edilib.
Belə ki, iti yemək üçün öldürən hər kəs üç ilə qədər həbs oluna və ya 30 milyon vona (38,7 min manat) cərimə ilə cəzalandırıla bilər.
Yemək üçün it yetişdirən və ya bilərəkdən evdə itlərdən hazırlanmış məhsulları alan, daşıyan, saxlayan və ya satan hər kəsi də cərimə və həbs cəzası gözləyir.
Qeyd edək ki, Cənubi Koreyada it ətindən hazırlanan yeməklər dərman sayılır və şiddətli soyuqdəymə zamanı istifadə olunur.
Xatırladaq ki, qanun hələ layihə şəklində müzakirə olunan vaxt cənubi koreyalı fermerlər ayağa qalxıblar. Təsərrüfat sahiblərinin sözlərinə görə, qadağa onların işlərinin sonu olacaq. Bu səbəbdən fermerlər təhdidlərə əl atıblar və qanun qəbul ediləcəyi təqdirdə artıq ehtiyac olmadığı üçün milyonlarla iti küçələrə buraxacaqlarını bildiriblər.
Qeyd edək ki, ölkədə restoranlar və qəlyanaltılar üçün itlər donuz və ya inək kimi xüsusi fermalarda yetişdirilirlər.
Koreya hökumətinin məlumatına görə, 2023-cü ildə Cənubi Koreyada təxminən 1 150 it yetişdirmə ferması, 34 kəsim məntəqəsi, 219 paylama şirkəti və menyusunda it əti olan 1 600-ə yaxın restoran fəaliyyət göstərib.


Mənbə: Ura.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR