Koronavirus beyinə necə yayılır? - ARAŞDIRMA
İngilis alimləri koronavirus infeksiyasının xəstələrdə ağırlaşmalara, məsələn, deliriya, beyin iltihabı, insult və sinir zədələnmələrinə səbəb ola biləcəyini aşkar edib.
Milli.Az xəbər verir ki, mütəxəssislər "Brain" jurnalında yayımlanan elmi məqalədə xəstəliyin insan beyninə təhlükəsindən danışıb.
Tədqiqatlar zamanı alimlər yoluxan xəstələrdə kəskin yayılmış ensefalomielitin nadir və ölümcül vəziyyətini tapıb. Koronavirus olan bəzi xəstələrdə respirator əlamətlər olmayıb, lakin xəstəliyin əsas təzahürü nevroloji pozğunluqlar şəklində özünü göstərib. Alimlərin fikrincə, bu, 1918-ci il qrip pandemiyasından sonra keçən əsrin 20-30-cu illərində letargiya ensefalitin yayılmasına bənzəyir.
Həkimlər koronavirusa yoluxmuş 16 yaşdan 85 yaşa qədər 43 xəstənin nevroloji simptomlarını təhlil edərək 10 ensefalopatiya - müvəqqəti beyin disfunksiyası, beyin iltihabının 12, insultun 8, sinir zədələnməsinin 8 hadisəsini müəyyənləşdiriblər.
Eyni zamanda, elm adamları beyin-onurğa mayesində virus aşkar etməyib, bu o deməkdir ki, koronavirus beyinə birbaşa təsir edə bilməz. İnfeksiyanın səbəbi ilə nevroloji pozğunluqların inkişaf mexanizmi naməlum olaraq qalır. Lakin elm adamları güman edir ki, beyindəki fəsadların səbəbi immun sisteminin patogenə cavabıdır. (publika.az)
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ