Koronavirus xəstələrində ölüm riskini artıran dərman - DİQQƏT!
Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıra biləcək dərmanı açıqlayıb. Mütəxəssislərin fikrincə, xora, qastrit və mədə yanmasına qarşı istifadə edilən məşhur dərmanlar xəstələrin vəziyyətini pisləşdirə bilər. Tədqiqatlar göstərir ki, COVID-19 olan və bu cür dərman qəbul edən insanlar arasında ölüm halları bu cür dərmanlar istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.
Milli.Az xəbər verir ki, bu xəstələrdə süni nəfəs aparatına qoşulma riski də 2,5 qat artıb. Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb bu cür dərman qəbul edərkən xlor turşusunun səviyyəsinin aşağı düşməsidir. Bu da öz növbəsində mədənin müdafiə funksiyasının azalmasına və bağırsaq mikrobiotasında dəyişikliklərə səbəb olur. Beləliklə, viral hissəciklər insan orqanizminə selikli qişalar vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.
Xatırladaq ki, iyul ayının əvvəlində Çindən bir qrup alim koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkər səviyyəsinin yüksək olmasını göstərmişdi. (publika.az)
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ