Koronavirus xəstəsi hansısa halda yaşadığı ünvanı tərk edə bilərmi? - AÇIQLAMA
İstisna hallarda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edə bilər.
Azxeber.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, istisna hal yaranarsa, müvafiq olaraq səhiyyə qurumu məlumatlandırılmalı və təlimat üzrə hərəkət edilməlidir:
"Əks təqdirdə heç bir halda müalicə təyin olunan koronavirus xəstəsi yaşadığı ünvanı tərk etməməlidir", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, karantin qaydalarına əsasən koronavirusa yoluxmuş şəxs 14 gün ərzində yaşadığı ünvanı tərk etməməlidir. Sahə həkimləri evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməli, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR