Koronavirusa görə iybilmənin itməsi soyuqdəymə və zökəmdən necə fərqlənir?
COVID-19-a yoluxmuş insanlarda iybilmə bacarığının itməsi kəskin soyuqdəymə və zökəm zamanı pasiyentlərdə müşahidə olunandan xeyli fərqlənir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, BBC avropalı araşdırmaçıların bu mövzuda apardığı araşdırma barədə məqalə dərc edib.
Məlum olub ki, zökəm və soyuqdəymədən fərqli olaraq koronavirus xəstələrində burun axması və burun tutulması hallarına rast gəlinmir və onlar burunları ilə nəfəs ala bilirlər. Belə ki, onlarda sadəcə iybilmə itir.
Onları fərqləndirən digər məqam isə həm də dadbilmənin itməsidir. Bu o demək deyil ki, koronavirusa yoluxmuş insanlar iybilmə qabiliyyətini itirdiklərinə görə paralel olaraq şirin və acı dadları ayıra bilmirlər.
Ekspertlər güman edir ki, səbəb virusun sinir sistemindəki iybilmə və dadbilmə hisslərini kontrol edən tellərə eyni vaxtda təsir etməsidir.
Araşdırmaçılar 30 könüllüdən ibarət 3 qrup üzərində müşahidələr apararaq bu qənaətə gəliblər: 10 nəfər koronavirusdan, 10 nəfər zökəmdən müalicə alan, 10 nəfər isə sağlam insan arasında keçirilən təcrübə sonucunda birincilərdə virusun iybilmə və dadbilməyə birgə təsiri qeydə alınıb.
Cons Hopkins Universitenin əməkdaşları isə koronavirusun iybilməyə təsirlərini öyrənmək üçün insan burnunda yer alan ACE-2 enzimləri üzərində araşdırma aparıblar və koronavirusun məhz bu enzimlərdən bədənə daxil olub yayıldığını düşünürlər.
Onlar araşdırmaları davam etdirdiklərini və bu qənaətin təcrübələr nəticəsində yəqinləşəcəyi halda qabaqlayıcı vasitələr üzərində işləməyə başlamağın mümkün olacağını bildiriblər.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar