Koronavirusa qarşı ən yaxşı sipər

Koronavirusa qarşı ən yaxşı sipərSon vaxtlar gündəmi ən çox zəbt edən koronavirusun indiyədək altı növü qeydə alınıb. Hazırda dünyanı dolaşan virusun yeni növü (COVID-19) isə bu sahədə yeddinci sayılır.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən pediatr-infeksionist Aytən Əkrəmqızı deyib: "Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşahidə olunur. Bundan bir həftə sonra isə təngənəfəslik əmələ gəlir və bəzi hallarda xəstənin yataq rejimində müalicəsinə ehtiyac yaranır. Virus yeni olduğuna görə onun haqqında məlumatların çoxu xəstənin müalicəsi zamanı əldə edilir. Koronavirus qrupuna aid olan viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə edilən simptomlara səbəb ola bilər.
Koronavirus əsasən özünü orta dərəcədə qızdırma və yuxarı tənəffüs yollarının infeksiyası kimi göstərir. Virusa yoluxan xəstədə baş-boğaz ağrısı, burun axması, öskürək kimi tənəffüs yolu problemləri ilə rastlaşmaq mümkündür. Xəstəlik qusma, bulantı, ishal və qarın ağrısı kimi mədə-bağırsaq problemlərinə də səbəb olur.
Yoluxmanın ən təhlükəli nəticəsi pnevmoniya və nəfəs çatışmazlığına səbəb olmasıdır. Koronavirus eyni zamanda SARS sindromuna da səbəb ola bilər. Belə halda virus daşıyıcısının reanimasiya şəraitində müalicə edilməsi vacibdir. Bundan başqa virusayoluxma böyrək çatışmazlığı ilə də müşahidə edilə bilər".
İnfeksiyadan qorunmağın ən yaxşı yolu güclü immun sisteminə malik olmaqdır. Həkim-infeksionist immun sisteminin zəifləməsi əlamətləri haqqında deyib: "Yorğunluq, halsızlıq, taqətsizlik hissi, il ərzində 7-8 dəfə hər hansı yoluxucu xəstəliklə üzləşmək və həmin xəstəliklərin uzunmüddətli müalicə tələb etməsi immun sisteminin zəifləməsinə dəlalət edir".
Ağır və yüngüllüyündən asılı olmayaraq hər kəs həmin virusdan qorunmağın yollarını bilməli və ona əməl etməlidir. Həkimin dediyinə görə, ən azı 1 dəqiqəyə qədər əllər sabunla yuyulmalıdır. Bundan başqa çirkli və yuyulmamış əllərlə ağız, burun və gözə toxunulmamalıdır. Çirkli və istifadə edilmiş maskalardan istifadə edilməsindən də çəkinmək lazımdır. Heyvan mənşəli məhsulların çiy və kifayət qədər yaxşı bişirilməmiş qəbul edilməsi də təhlükə mənbəyi rolu oynaya bilər.
Pediatr-infeksionist immunitetin möhkəmləndirilməsi ilə əlaqədar bəzi vacib məsləhətlər də verib: "Qidalanma zamanı meyvə-tərəvəzlərə üstünlük verilməsi, gün ərzində 2-3 litrə qədər maye qəbul edilməsi immun sistemini formalaşdırmağa doğru aparır. Bununla yanaşı idmanla məşğul olmaq, fiziki hərəkətlər edilməsi də immun sisteminin möhkəmlənməsinə kömək edir.
İmmun sisteminin aktivliyi üçün vacib olan ən vacib olan elementlərdən biri C vitaminidir. Ona görə də portağal, naringi, limon kimi sitrus meyvələrdən, yaşıl və qırmızı bibər, cəfəri, Brüssel kələmi, gül kələm, noxud və pomidor kimi tərəvəzlərdən çox istifadə etmək lazımdır".
Xatırladaq ki, koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 mart 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən son xəbərlər 2026 kriminal bugun son xeber 2026