Koronavirusa yoluxan sabiq icra başçısı xəstəxanaya köçürülüb, vəziyyəti ağırdır

Koronavirusa yoluxan sabiq icra başçısı xəstəxanaya köçürülüb, vəziyyəti ağırdırİmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev koronavirusa yoluxub.
Azxeber.com APA-ya istinadən bildirir ki, sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb.
V.Hacıyev Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəsisəsinə köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Vilyam Hacıyevin cinayət işi üzrə dünən keçirilməli olan məhkəmə prosesi təxirə salınmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azər Paşayev bildirib ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə sabiq icra başçısının səhhətinə görə prosesdə iştirak edə bilməməsi ilə bağlı bildiriş göndərilib. Vilyam Hacıyevin 37.4 dərəcə temperaturu olub və ağciyərinin hər iki tərəfində pnevmoniya əlamətləri müşahidə edilib.
Vilyam Hacıyevin səhhəti ilə bağlı problem olmasa, prosesin oktyabrın 8-də davam etdiriləcəyi bildirilib.
Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sosial     Baxılıb: 353   Tarix: 29 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda yeddi rayonda söküntü işləri aparılacaq: Ərazilər açıqlandı

"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". Bu barədə -a açıqlamasında Azərbaycan Qiymətləndiricilə

Üzünə vurulan zərbə ölümünə səbəb oldu

Yanvarın 12-də Şəki rayonu ərazisində Səttar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 200-ci il təvəllüdl

Hesablama Palatası: 'İçərişəhər' Dövlət Tarix-Memarlıq Qoruğunda nöqsanlar qalır

2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və onun tabeliyindəki təşkilatlarda dövlət vəsaitinin və əmlakının istifadəsi ilə bağlı bir sıra nöqsanla

Sınaq müddətində özünü doğrultmayan işçilərin nəzərinə

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasında dəyişiklik edilib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvə

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "ABC News" telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadə

Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi - Sərəncam

Şuşa Otel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansınd

Samuxda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samuxda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. "Report"un Qərb bürosuna istinadən xəbər verir ki, rayonun Lək kəndində yerləşən mağazaların birində 2 00 manat məbləğində tütün məmulatı oğurlanıb

FHN əməkdaşları Xaçmazda köməksiz vəziyyətdə qalan kənd sakinini xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbua

Telefonunuza göndərilən kodları heç kimlə paylaşmayın' - İKTA-dan XƏBƏRDARLIQ

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzlu


azerbaycan xeberleri son xeberler yeni xeberler novruz bayramı hava haqqinda qarabag en son xeberler