Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq.
Milli.Az xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm və Sənət Universitetinin alimlərinin tədqiqatında açıqlanıb.
Qeyd edilir ki, pasiyentdə koronavirus infeksiyasının ağır keçməsi mümkünlüyünü PSR (xəstəliyin yaranması geninin mövcudluğunu göstərən polimeraz zəncir reaksiyası) və xəstəliyin başlanğıcında İFA (immunoferment analiz) testlərinin birgə istifadəsinin köməyi ilə proqnozlaşdırmaq olar.
Alimlər ağır xəstəliyi olan pasiyentlərdə orqanizmə koronavirusla mübarizə aparmağa imkan verən "IgM" kimi anticizimlərin (orqanizmə yad zülallar, bakteriyalar - red) yaranmasını müəyyənləşdiriblər.
Tədqiqatın nəticəsinə əsasən alınmış məlumatlara əsasən, bu tip anticismlər koronavirus üçün spesifikdir, amma yalnız COVID-19 pasiyentlərinin 82,2%-də mövcuddur. Bu, daha əvvəl PSR standart testi ilə təsdiq edilib. Bu halda digər 17,8% pasiyentin yarısında xəstəliyin ağır keçməsi müşahidə olunub. Onlar intensiv terapiya bölməsinə daxil olublar və orada üç gündən çox qalıblar.
Beləliklə, koronavirusla bağlı müsbət PSR analizindən sonra anticismlərin yoxlanılması xəstəliyin mümkün ağırlaşmasını proqnozlaşdırmağa və xəstələri xilas etmək üçün əvvəlcədən tədbirlər görməyə imkan verəcək.
Qeyd edək ki, yeni araşdırmanın nəticələri artıq Rusiya alimləri tərəfindən də qiymətləndirilib.
"Təklif edilmiş metodika böyük maraq doğurur, ancaq o pasiyentlərin kiçik hissəsində aparılıb, mənim fikrimcə, buna görə də infeksiyanın diaqnostikası vaxtı İFA (immunoferment analiz) imkanlarının daha genişmiqyaslı tədqiqatını aparmaq lazımdır", - deyə Rusiyanın Tümen Dövlət Universitetinin "X-Bio" İnstitutunun böyük elmi işçisi Mariya Orlova bildirib.
Ekspertin sözlərinə görə, ikiqat yoxlamanın tətbiqi risk qrupuna daxil olan yaşlı pasiyentlər üçün xüsusilə aktual olacaq. (publika.az)
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ