Koronavirusdan öz-özünü sağaldan qadın danışdı – "Mən nə etdim?

Koronavirusdan öz-özünü sağaldan qadın danışdı – "Mən nə etdim?37 yaşlı biomühəndis Yelizabet Şnayder ABŞ-ın Sietla şəhərinin sakinidir. O, koronavirus diaqnozu qoyulan kimi, panikaya düşməyərək, özü-özünü müalicə etmək barədə düşünür. Xəstə olsa da, evdə qalmaq qərarı verir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Şnayder ilk dəfə qripə bənzər simptomları özündə 25 fevralda hiss etdi. Ondan əvvəl o, bir tədbirə dəvətli idi. Sonradan məlum oldu ki, o gecədən sonra 6 nəfər yoluxub.
İlk əlamətlər:
"Səhər halsız oyandım, əzələ, sümüklərim ağrıyırdı, yorğun kimi idim. Buna baxmayaraq, işə getdim. Lakin günorta başımda ağrılar başladı və bütün bədənim ağrımağa, titrətməyə başladı. Dərhal ofisi tərk etdim ki, çox insanla ünsiyyətdə olmayım".
Evə gələn qadın hərarətini ölçəndə 39,4 idi.
" Özümdən asılı olmayaraq çox möhkəm əsməyə, titrəməyə başladım. Bütün ayaqlarıma sanki iynə batırırdılar. Mən hətta ağır qrip olanda belə olmurdum".
Yelizabet evdə olan, reseptsiz satılan hərarətsalıcı və qripə qarşı dərmanları içməyə başladı və rəfiqəsini çağıraraq ona xəbər verdi.
"Ona dedim ki, hər 2-3 saatdan bir zəng et. Əgər cavab verməsəm, təcili yardımı çağır".
Şnayder evə qapanaraq, dərman içir, koronavirus barədə xəbərləri izləyirdi. Artıq onun yaşadığı ştatda xeyli xəstə aşkarlanmışdı. Amma qadın koronavirusun əsas ağır əlaməti olan öskürək, təngnəfəslik və ağciyərlərdə problem yaşamadığı üçün koronavirus olmadığına əmin idi.
Həmin ərəfədə evlərə xüsusi proqram çərçivəsində burundan yaxma analizi üçün vasitələr göndərirdilər. İnsanlar özləri həmin tibbi vasitə ilə burundan yaxma götürüb təhvil verir və analizin cavablarını gözləyirdi.
"Bu tədqiqat proqramında iştirak etdim. 3 gün sonra koordinator mənə zəng edərək, sizdə koronavirus analizi müsbət çıxdı, virusa yoluxmusuz dedi.
Həmin günə kimi artıq simptomlar azalmışdı, özümü pis hiss etmirdim. Yerli icra orqanları daha 7 gün evdə qalmağımı tövsiyə etdilər.
Əgər sizin simptomlarınız dözüləcək dərəcədədirsə, panikaya düşməyin, evdə qalın, sadə qızdırma və qrip dərmanlarından nə varsa, qəbul edin, çoxlu su için, lazım gəlsə hətta çimin. Dincəlin, yatın, sevimli filmlərinizə baxın. Çoxdan etməli olduğunuz işləri görün. Mən 1 həftə kitab oxudum, seriala baxdım".
Xəstəliyin ilk simptomları görüləndən sonrakı 17 gün ərzində Şnayder virusdan sağaldı. O, digər xəstələrə ümid olsun deyə, koronavirusla mübarizə hekayəsini paylaşır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber xeberler azerbaycan sonxeber.az xəbər