Koronavirusdan qorunmaq üçün...
COVID-19 tənəffüs yollarının infeksiyasına səbəb olan virusdur. Xəstə insanın öskürməsi, asqırması zamanı ağzından sıçrayan tüpürcəyin ətrafdakıların ağız, burun və gözlərinə təması onları da bu virusa yoluxdura bilər. Ona görə də bu xəstəlik hava-damcı infeksiyası yolu ilə yayılan xəstəliklərə aid edilir.
İnfeksiya klinik olaraq başağrısı, asqırma, öskürək, təngnəfəslik, temperatur və s. kimi əlamətlərlə başlayır və ağırlaşmalara səbəb olur. Daha ağır hallarda tənəffüs və böyrək çatışmazlığı qeydə alınır. İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı inkubasion dövr 2-14 gün çəkir. Bu dövr 24 günə qədər uzana bilər.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, xəstəlik daha çox yaşlılar, xroniki xəstəliyi olanlar, immundefisitli xəstələr arasında qeydə alınır. Ev heyvanları koronavirus yayıcıları deyil.
"Xəstəliyə qarşı vaksin olmasa da, erkən diaqnoz və xəstələrin təcrid olunması infeksiyanın yayılmasının qarşısını alır və həmin virusa qarşı görülən tədbirləri daha effektiv edir. Xəstəliyin xüsusi dərman vasitəsilə müalicəsi yoxdur. Müalicə xəstənin ümumi vəziyyətinə görə dəstək xarakterlidir. Antibiotiklərin istifadəsi virusa təsir etmir", - deyə C.Məhərrəmov bildirib.
Mütəxəssis əhalini ajiotaj, təşviş yaradan və rəsmi mənbələrdən olmayan məlumatlara inanmamağa və qorxmamağa səsləyib. O bildirib ki, bunların əvəzində xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır: "Öskürmə, asqırma zamanı ağız və burun birdəfəlik istifadəyə yararlı salfetlə, dəsmalla tutulmalıdır. Həmin vasitələr yoxdursa, dirsəyin içinə asqırmaq və öskürmək olar. Əl ilə salamlaşmamaq və qucaqlaşmamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq, çirkli əllərlə ağız, burun və gözlərə toxunmamaq məqsədəuyğundur. Əllərin təmizliyinə fikir vermək, onları 20-30 saniyə ərzində sabunla axar suda yumaq məsləhət görülür. Su olmadıqda spirt tərkibli antiseptiklər istifadə edilməlidir. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ