Koronavirusla bağlı sahibkarlara faizsiz kredit xəttinin yaradılması təklif edilir

Koronavirusla bağlı sahibkarlara faizsiz kredit xəttinin yaradılması təklif edilir"Koronavirus infeksiyası nar ixracına hər hansı bir mənfi təsir göstərməyib".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.
O qeyd edib ki, nar mövsümü, nar meyvəsinin ixracı sentyabr-dekabr ayları arasında olduğu üçün mövcud şəraitlə bağlı problem yoxdur:
"Hazırda fermerlər becərmə, budama, gübrələmə işlərini görürlər. Assosiasiyanın üzvü olan iri emalçıların məlumatlarına əsasən, nar və nardan hazırlanan məhsulların ixrac olunmasında hazırda heç bir çətinliklə qarşılaşmayıblar. Koronavirusun yayıldığı bu dövrlərdə vitaminlərlə zəngin olan nar və nar məhsullarından çoxlu istifadə etməyi vətəndaşlarımıza məsləhət görərdim. Bütün market şəbəkələri nar və nar məhsulları ilə tam təmin olunub, bu sahədə heç bir problem yoxdur".
F.Qaraşov, həmçinin təhsil sahəsində fəaliyyət göstərən bir sahibkar kimi koronavirusun bu sahəyə təsirindən və dövlət dəstəyindən danışıb:
"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə artıq dünyanın bütün ölkələrində qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə görə bir sahibkar, vətəndaş olaraq təşəkkürümü bildirmək istərdim. Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub.
Dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Həmvətənlərimi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə səsləyirəm. Bildirmək istərdim ki, təhsil və kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğulam. Koronavirusla bağlı görülən tədbirlər çərçivəsində özəl təhsil müəssisələrinə dəyən ziyan və onun minimuma endirilməsi ilə bağlı problem və təklifləri dövlət orqanlarına bildirmək istərdim.
Birinci problem özəl məktəbəqədər təhsil müəssisələri və uşaq bağçaları ilə bağlıdır. Belə ki, özəl uşaq bağçalarında təhsil haqqı, adətən valideynlərdən aylıq alınır. Bağçaya gələn uşaqların evdə saxlanması zamanı valideynlərin əlavə xərcləri yaranıb və nəticədə özəl bağça və məktəbəhazırlıq qruplarına gələn uşaqların valideynləri təhsil haqqını ödəməyi dayandırıb. Bənzər problem özəl ümumtəhsil məktəblərində də müşahidə edilir. Burada tədris prosesinin artıq onlayn qaydada davam etdirilməsinə baxmayaraq, aylıq ödəniş edən əksər valideynlər qrafik üzrə ödənişləri dayandırıb.
Yaranmış qeyri-müəyyənlik qarşısında bir çox valideyn gözləmə mövqeyinə keçib. Onlar da vəziyyəti öz gəlirlərinin azalması ilə əsaslandırırlar. Bunun nəticəsində də belə müəssisələrdə çalışan əməkdaşların əməkhaqqılarının ödənilməsində çətinliklər yaşanılması gözlənilir. Nəzərə almaq lazımdır ki, çalışanların hər birinin aylıq həyata keçirdikləri məcburi ödənişləri (qida, kredit, kira, kommunal, ipoteka və s.) mövcuddur. Özəl təhsil müəssisələrinin qarşılaşdığı digər bir çətinlik isə kreditorlarının qarşısındakı öhdəliklərinin vaxtında yerinə yetirilməsi ilə bağlıdır.
Belə ki, müəssisənin gəlirləri azaldığı üçün kreditorlara olan borcların ödənilməsində ciddi gecikmələr ola bilər. Bu da öz növbəsində həmin müəssisələrin (yemək və digər məhsul və xidmət tədarükçülərinə) fəaliyyətinə mənfi təsir göstərəcək. Qeyd olunan problem və çətinliklərin mənfi təsirini azaltmaq üçün aşağıda sadalanan təkliflərin müvafiq dövlət qurumları tərəfindən nəzərə alınması məqsədəuyğun olardı:
• Özəl təhsil müəssisələrində çalışan işçilər üçün müvafiq dövr üzrə minimum əməkhaqqı həcmində dövlət büdcəsi hesabına kompensasiyanın ödənilməsi.
• Əməkhaqqılar əsasında hesablanan dövlət büdcəsinə olan ödənişlərin (DSMF ödənişlərinin) bir neçə ay təxirə salınması.
• Əməkhaqqıların və digər kreditorlara olan borcların vaxtında ödənilməsi üçün faizsiz kredit xəttinin yaradılması.
• Özəl təhsil müəssisələrində çalışanların bütün növ kredit (ipoteka daxil) və kommunal ödənişlərinin bir neçə ay dayandırılması. Sözügedən dəstək mexanizmlərinin tətbiqi özəl təhsil müəssisəndə çalışan yüzlərlə çalışanın bu çətin situasiya qarşısında ciddi zərər görməsinin qarşısını ala bilər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 son xeber 2026 xəbərlər.com hava haqqinda