Koronavirusu məhv edən robot hazırlandı - FOTO/VIDEO
Koronavirusu məhv edən robot hazırlandı - FOTO/VIDEO
Bəhreyndə koronavirus və digər mikroorqanizmləri məhv edə biləcək robot hazırlanıb.
Bu barədə "Daily Mail" yazıb.
Robot 12 dildə danışa, bədən istiliyini ölçə, səs əmrlərinə cavab verə və üz tanıma texnologiyasından istifadə edə bilir.
O, qısa dalğalı ultrabənövşəyi radiasiya ilə virusa təsir göstərir. 30 dəqiqə ərzində bütün mikroorqanizmlərin membranlarını məhv etməklə (bunun nəticəsində orqanizmlərin DNT-si parçalanır) onların 90 faizini öldürür.
Bu da vurğulanır ki, robot işlədiyi zaman otaqda insanlar olmamalıdır, çünki cihazdan yayılan şüa insan hüceyrələrinə zərər verə bilər.
Şərqi İngiltərə Universitetinin professoru Pol Hanterin sözlərinə görə, ultrabənövşəyi şüa əksər viruslarla effektiv mübarizə aparır, buna görə də onun SARS-CoV-2-i deaktivasiya etməsi təəccüblü deyil.
Hazırda robot sənaye şəraitində sınaqdan keçirilir. Artıq iki cihaz Bəhreyndəki tibb müəssisələrində istifadə üçün buraxılıb. Bəhreyn Səhiyyə Nazirliyinin nümayəndəsi Valid Əl-Manea, həkimlərə və tibb bacılarına kömək edə bildikləri üçün bu maşınları "tibdə inqilab" adlandırıb.




Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb