Koronavirusun alimləri məəttəl qoyan sirri - Bu şəxslər yoluxmur

Koronavirusun alimləri məəttəl qoyan sirri - Bu şəxslər yoluxmurYeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları "New England Medicine Journal"da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.
Çin koronavirusundan təxminən 30 min insan zərər çəkib, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik uşaqlarda yoluxma halları qeydə alınmayıb. Tədqiqatçılar uşaqların yoluxmaya daha müqavimətli olduğunu, xəstələndikdə isə simptomlardan daha az əziyyət çəkdiklərini deyirlər.
Son vaxtlara qədər yalnız bir neçə uşaqda koronavirus infeksiyasına yoluxma qeydə alınıb,  üstəlik simptomlar onların hamısında müşahidə edilməyib.
"Anlamadığımız səbəblərə görə virus ilk növbədə böyüklərə təsir göstərir", - deyə infeksion xəstəliklər üzrə mütəxəssis Riçard Martinello bəyan edib.
"Uşaqlar müdafiə altındadırlarsa, bu həm onlar üçün, həm də ümumi əhali üçün yaxşıdır", -  deyə pediatr Aaron Milstoun bildirib.
Həkimlər bununla bağlı iki ehtimal irəli sürürlər: ya uşaqlar yoluxmaya daha az meyillidir, ya da orqanizmləri virusla daha effektiv mübarizə aparır.
Alimlər bildirirlər ki, istənilən halda adi qrip bütün dünyada uşaqlar üçün daha təhlükəlidir.
"Hazırda qrip və digər mövsümi xəstəliklər barədə narahat olmaq lazımdır. Qrip epidemiyası zamanı uşaqlar onu böyüklərdən daha sürətli yayırlar", - deyə elm adamları bildirib.
Uşaqlar nadir hallarda əllərini yuyur və asqırdıqda ağızlarını örtürlər, daha çox başqalarına toxunurlar, bu isə mikroorqanizmlərin yayılmasına kömək edir.
Beş yaşa qədər uşaqlar qripin ağır komplikasiyaları üçün risk altındadır, onlar sətəlcəm və tənəffüs çatışmazlığından əziyyət çəkə bilərlər. Aydındır ki, bu, uşaqların immunitet sisteminin xüsusiyyətlərindən asılıdır - orqanizm infeksiya ilə mübarizə aparanda, böyüklərdən çox uşaqlar qızdırma və toxumaların zədələnməsinə məruz qalırlar.
Bununla belə, qripdən fərqli olaraq koronavirusdan vaksinlər yoxdur.
"Biz bu virusu uşaqlarımızdan kənar tutmalıyıq. O zaman onun qarşısını ala bilərik", - deyə Milstoun bildirib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 08 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar kriminal xeberler cəbhədən video valyuta