Korotçenko: "Vardanyanın bəyanatı Qarabağın Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq üçün son cəhddir"
"Vardanyanın bəyanatı Rusiya Federasiyası, ABŞ və Fransa erməni diasporlarının birgə ictimai-siyasi, iqtisadi və geosiyasi demarşı, Qarabağın Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq, Üçtərəfli Bəyannaməni, eləcə də İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Moskva və Soçi razılaşmalarını rədd etmək, tarixin gedişatını geri qaytarmaq üçün son cəhddir".
KONKRET.azxəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalda yazıb. O, rusiyalı biznesmen Ruben Vardanyanın Ermənistan vətəndaşlığından imtina edərək Rusiyadan Qarabağa köçməsinə münasibət bildirib.
"Əslində, söhbət separatçı anklavda kənar nəzarətin tətbiqindən gedir. Vardanyan yəqin ki, məhz belə "kənar menecer" kimi fəaliyyət göstərəcək. Bu, həm də de-fakto "qara ləkə" vurulmuş N.Paşinyanın mövqelərinin və təsirinin kəskin şəkildə zəifləməsini nəzərdə tutur.
Qeyd edək ki, R.Vardanyan təkcə uğurlu biznesmen, dollar milyarderi, ağıllı və bacarıqlı menecer deyil, həm də geniş beynəlxalq əlaqələri olan, lazım gələrsə, həm Yelisey sarayına, həm də Ağ Evə sərbəst girişi təmin edə bilən şəxsdir. Vardanyanın Rusiyanın ən yüksək siyasi elitasının bəzi nümayəndələrinə də birbaşa çıxışı var.
Ruben Vardanyan ciddi oyunçudur, indi özünü siyasətdə sınamaq və ictimai siyasi xadim olmaq qərarına gəlib. Vardanyan yerli miqyasda erməni Trampa bənzəyir, o, Ara Abramyan və ya Allah məni bağışlasın, gombul sifət "Big Mac" ləqəbli Mika Badalyan deyil. Vardanyanın həm şəxsi, həm də diasporun onun üçün toplaya bildiyi böyük maliyyə resursu var.
Hadisələr sürətlə inkişaf edir. Oyunda "stavka" çox yüksəkdir.
P.S. Qarabağ Azərbaycandır!
Əslində, bu, 2022-ci ilin fevralında Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədə qeyd olunub.
R.Vardanyanın və onun arxasında duran qüvvələrin təşəbbüsü Moskvanın Cənubi Qafqaz regionunda uzunmüddətli maraqlarına cavab vermir. Amma Parisin və Vaşinqtonun maraqlarına xidmət edir və uyğun gəlir. Cui prodest?", – Korotçenko yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA