Körpə uşağını zibilliyə atan ana ilə bağlı TƏFƏRRÜAT
Sabunçuda qan donduran hadisə baş verib.
azxeber.com Xəzər TV-yə istinadən bildirir ki, ana balasını öz əlləri ilə zibiliyə atıb. Qadın insanların uşağın varlığından xəbər tutmasını görənə qədər ərazidə qalıb.
Daha sonra 10-15 günlük körpəsini ölümə tərk edən qadın sürətlə həmin ərazidən uzaqlaşıb.
Sabunçuda baş verən həmin anlar yaxınlıqda olan tikiş fabrikinin kamerasına tuş gəlib.
Son anda xilas edilən uşaq ərazi üzrə xidmət aparan polis əməkdaşlarına təhvil verilib.
Körpə polis əməkdaşları tərəfindən dərhal 1 saylı körpələr evinə çatdırılır.
Vəziyyəti ağır olan uşaq daha sonra TƏBİB-in tabeliyindəki Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Anar Qafarov bildirib ki, dünən hadisə baş verdikdən sonra polis əməkdaşları uşağın anasının axtarışlarına başlayıblar. O da bildirilib ki, köprəsini zibil yeşiyinə atan şəxsin Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 31 yaşlı Səbinə Qasımova olduğu müəyyən edilib.
Ata və ana artıq Polis tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi