Körpələrin baş ətrafını mütləq ölçdürün - Hidrosefaliya TƏHLÜKƏSİ

Körpələrin baş ətrafını mütləq ölçdürün - Hidrosefaliya TƏHLÜKƏSİHələ ana bətnində başlayan beyin inkişafı,doğumdan sonra da sürətlə inkişaf edir. Körpələrdə valideynlər tərəfindən anlaşılması çətin olan xəstəliklərdən biri də beyinə su yığılması kimi tanınan hidrosefaliyadır. Hidrosefaliya (yunan. "hidro" - su, "sefalon" - baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə bilər ki, nəticədə likvor beyinin mədəciklərində yığılmağa başlayır. Bunun nəticəsində isə uşaqda kəllə daxili təzyiq artır.
Beyindəki su normadan artıq olduqda kritik hədd sayılır və müxtəlif əlamətlərlə özünü göstərir. Bunlardan biri iuşağın başının ölçüsünün dəyişməsi, yəni böyüməsidir.
Körpə uşaqlarda hidrosefaliyanın simptomları arasında bunları sadalamaq olar:
- baş çevrəsinin ölçüsünün sürətlə artması. Kəllə sümüklərinin tikişləri körpələrdə açıq olur ki, nəticədə patoloji sürətlə böyüyən beyin bu tikişləri sanki "aralayır". Körpə uşaqlar hər bir-iki aydan bir profilaktik müayinələrdən keçirilir və bu zaman onların boyu və çəkisi ilə yanaşı başın çevrəsi də ölçülür. Hidrosefaliyaya şübhə yarandıqda pediatr uşağı əlavə müayinələrə göndərməlidir.
- böyük əmgək böyüyür, qabarıq və gərgin olur. Orta hesabla böyük əmgək təxminən uşağın 1 yaşına kimi bağlanmalıdır. Lakin hidrosefaliyası olan uşaqlarda əmgək hətta 3 yaşına kimi açıq ola bilər.
- kəllə sümükləri nazilir, alın hissəsi qeyri-proporsional və qabarıq olur. Uşağın alnında və üzündə damar toru əmələ gəlir.
- uşağın psixo-motor inkişafı ləngiyir - uşaq öz vaxtında başını düz tutmur, oturmur, yerimir, çox passiv olur (oyuncaqlarla oynamır və s.). Uşaq tez-tez "səbəbsiz" ağlayır (həkimlərin fikirinə görə, baş ağrılarından), uşaqda qıcolma tutmaları ola bilər.
Təbii ki, bu simptomların bir çox hissəsi xəstəliyin erkən deyil daha gecikmiş mərhələlərində inkişaf edir. Ağırlaşmış fəsadlaşmış xəstəlik müalicəyə çətinliklə tabe olunur. Bu səbəbdən hidrosefaliyaya ilk şübhə yarandıqda valideynlər tez bir zamanda uşağı daha dərin müayinə etdirməlidirlər.
2 yaşından yuxarı olan uşaqlarda hidrosefaliyanın simptomları bu kimi olur:
- ürəkbulanması və qusma ilə müşayiət olunan davamlı baş ağrıları. Qusma halları daha tez-tez gecə və ya səhər saatlarında baş verir. Bu hidrosefaliyanın, baş beyinin qüsurlarının və ya şişlərin simptomları ola bilər. Lakin bir çox hallarda həkimlər belə uşaqları qastritdən, pankreatitdən, mədə-bağırsaq infeksiyalardan "müalicə edir". Nevropatoloqun və neyrocərrahın müayinəsinə isə belə uşaq bəzən çox gec və artıq ağır vəziyyətdə düşür. Bu səbəbdən uşaqda baş ağrıları, tez-tez təkrarlanan qusma halları, görmənin pozulması müşahidə olunduqda valideynlər uşağı nevropatoloqun və lazım olduqda neyrocərrahın müayinəsindən keçirtməlidir.
- hidrosefaliyanın digər simptomları müxtəlifdir və xəstəliyin inkişaf etmə səbəbindən asılıdır. Bu simptomların sırasında - epileptik qıcolmalar, sidiyin saxlaya bilməməsi halları, endokrin pozulmalar (boyatma prosesin ləngiməsi və ya əksinə giqantizm, piylənmə, cinsiyyət inkişafının daha tez baş verməsi və s. ).
Hidrosefaliyanın inkişaf etmə səbəbləri müxtəlifdir:
- Bətndaxili infeksiyalar (sitomeqalovirus, herpes, toksoplazmoz). Bu ən tez-tez təsadüf edilən səbəbdir. Bu səbəbdən hamiləliyi planlaşdıran qadın hamiləlikdən əvvəl bütün lazım olan müayinələrdən (o cümlədən, infeksiya müayinəsindən) keçməli və lazım olduqda müalicə almalıdır.
- Beyindaxili qansızmalarla müşayiət olunan doğuş travmaları. Belə travmaların təhlükəsi xüsusən vaxtdan tez doğulmuş uşaqlarda böyükdür.
- Beyin və onurğa beyini şişləri, meninqit və ensefalit xəstəliklərin fəsadı, müxtəlif infeksion xəstəliklər (məsələn, vərəm), kəllə-beyin travmaları, genetik pozulmalar. Bəzi hallarda hidrosefaliyanın inkişaf etmə səbəbini təyin etmək mümkün olmur.
Hidrosefaliyanın diaqnozunu dəqiqləşdirmək üçün neyrosonoqrafiya (NSQ), kompüter və maqnit-rezonanslı tomoqrafiya (MRT) müayinələrindən istifadə olunur. Lakin onu da nəzərinizə çatdıraq ki, neyrosonoqrafiya dəqiq müayinə üsulu sayılmır. Neyrosonoqrafiya vasitəsilə hidrosefaliyanın ilkin diaqnozu qoyula bilər. Daha sonra diaqnozu dəqiqləşdirmək üçün uşaq KT və ya MRT müayinələrinə göndərilir. KT rentgen şüalanmaya əsaslanır. MRT zamanı isə rentgen şüaları istifadə olunmur və bu səbəbdən bu üsul daha təhlükəsiz sayılır. MRT hidrosefaliyanın diaqnostikasında "qızıl standart" sayılır.
Müalicəsi
Daha tez-tez hallarda hidrosefaliyanın müalicəsi cərrahi üsulları ilə aparılır. Hidrosefaliyası olan uşaq mütləq nevropatoloqun müayinəsilə yanaşı neyrocərrahın müayinəsindən də keçməlidir ki, daha təsirli müalicə üsulu seçilsin.
Həkimlər tərəfindən cərrahi müalicəsi haqqında rəy verildikdə valideynlər bir çox hallarda əməliyyatın nəticələrindən qorxaraq əməliyyatın vaxtını uzadır. Lakin buna heç bir halda yol verilməməlidir. Bildiyimiz kimi, hidrosefaliya uşağın psixomotor inkişafını ləngidir və bu inkişafı gecikmiş əməliyyatdan sonra bəzi hallarda bərpa etmək mümkün olmur. Bundan əlavə hidrosefaliyadan əziyyət çəkən uşağın başı daim böyüyür və əməliyyatdan sonra başın ölçüləri kiçilməyəcək. Bu isə gələcəkdə kosmetik problemlərə səbəb olacaq, uşaqda öz xarici görünüşü ilə bağlı kompleks yaranacaq.
Cərrahi əməliyyat zamanı likvor beyinin mədəciklərindən orqanizmin digər boşluqlarına yönəldilir. Bu əməliyyatın müxtəlif metodikaları mövcuddur. Belə ki, xüsusi şuntlama metodu istifadə olunur - dərinin altında silikon kateterlər keçirilir, bu kateterlər vasitəsilə likvor qarın boşluğuna çatdırılır və burada sovrulur.
Digər endoskopik metodikaya uyğun əməliyyat zamanı beyinin dərinliyində likvorun axması üçün yeni "yol" açılır. Lakin bu metodika bir çox xəstələr üçün istifadə oluna bilməz.
Müvəffəqiyyətlə həyata keçirilmiş əməliyyatdan sonra uşaqların əksəriyyəti normal həyata qayıda bilər, məktəbə, uşaq bağçasına gedə bilər.
Bəzi hallarda hidrosefaliyası olan uşaq cərrahi müalicə deyil, konservativ müalicə (dərmanlar vasitəsilə) olunur. Belə müalicə uşaqda xəstəlik daha inkişaf etmədikdə və kəllə daxili təzyiq artmadıqda təyin oluna bilər. Uşaq daim nevropatoloqun nəzarətində olmalı, təkrar NSQ və KT (və ya MRT) müayinələrindən keçməlidir.
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 727   Tarix: 13 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər. milliaz-a istinadən xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilə

Soyuq günlərdə "həyat qurtaran" 8 ədviyyat: Qışın şəfa mənbəyi

Havaların soyuması ilə birlikdə xəstəliklərə qarşı müqaviməti artırmaq və bədəni daxildən isitmək üçün mətbəximizdəki ədviyyatlardan istifadə etmək ən təbii üsuldur. -a istinadla xəbər verir ki, qış aylarında masanızdan əski

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

4 manatlıq məhsul xərçəngin dərmanıdır - Alimlərdən şok kəşf

Alimlər tərəfindən aparılan yeni araşdırma göstərir ki, gündəlik həyatda tez-tez istehlak etdiyimiz gavalı sadəcə vitamin mənbəyi deyil. Bu meyvənin tərkibində olan polifenolların ağciyər xərçəngi hüceyrələrinin inkişafın

Ağrıkəsicilər ağrıları niyə kəsmir? - Saxta, keyfiyyətsiz dərmanlar

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni dərmanı qəbul etdiklər

Şəkər xəstəliyindən qoruyan PƏHRİZ

Ketogenik pəhrizə keçmək və karbohidratları məhdudlaşdırmaq diabetin qarşısını ala bilər.   -a istinadən xəbər verir ki, bu Tulan Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir. Tədqiqatlar göstərir ki, yüksək karbohidratl

Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir. -a istinadla  xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkiləri

Orqanizmi təmizləyir, həzmi yaxşılaşdırır, dərini qoruyur - Detoksun faydaları

Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, hava çirkliliyi, stress və kimyəvi maddələr orqanizmdə toksinlərin yığılmasına səbəb olur. Bu toksinlər zamanla həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler az cəbhədən son xəbərlər sou biznes krminal bu gun