Korrupsiya qalmaqalı: Portuqaliya hökuməti istefa verdi
Portuqaliya prezidenti Marselo Rebelo de Sousa korrupsiya qalmaqalı ilə bağlı baş nazir Antonio Kostanın istefası ilə əlaqədar ölkə hökumətinin istefaya getdiyini açıqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə "European Pravda" Portuqaliya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ölkə hökumətinin istefası barədə qərar cümə günü, dekabrın 8-də qüvvəyə minib.
Yeni Nazirlər Kabineti formalaşana qədər hazırkı hökumət fəaliyyətini davam etdirəcək, lakin onun səlahiyyətləri yalnız "dövlət işlərini təmin etmək üçün son dərəcə zəruri olan tədbirləri" həyata keçirməklə məhdudlaşacaq.
Xatırladaq ki, noyabrda Portuqaliya prezidenti litium yataqlarının işlənməsi üçün icazələrin verilməsi ilə bağlı korrupsiya qalmaqalı fonunda baş nazir Antonio Kostanın istefasından sonra parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə məlumat vermişdi.
Portuqaliyada aparılan istintaq çərçivəsində keçmiş baş nazir Kostanın və iki nazirliyin iqamətgahında axtarışlar aparılıb, Baş Nazirlik Kabinetinin rəhbəri Viktor Eskaria və Kostaya yaxın olan iş adamı Dioqo Laserdo Maçado saxlanılıb.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi