Korrupsiya qalmaqalı: "Qatar Airways"in Aİ bazarına çıxışı yoxlanacaq
Korrupsiya qalmaqalı: "Qatar Airways"in Aİ bazarına çıxışı yoxlanacaq
Avropa Parlamentinin deputatları Qətər hökumətinin "Qatar Airways" hava yollarının Avropa İttifaqı bazarına məhdudiyyətsiz girişinə imkan verən əsas hava nəqliyyatı müqaviləsinə qeyri-düzgün təsir edib-etmədiyini yoxlamaq istəyirlər.
Müqavilə üzrə danışıqlar aparan parlamentin nəqliyyat komitəsinin rəhbəri Karima Delli xəbərdarlıq edib ki, Qətər hökuməti parlamentdə sazişin daxili müzakirələrinə müdaxilə edə bilər.
Delli deyib ki, komitə Avropa Parlamentinin daxili araşdırmaları ilə işləyəcək, sənədlərin və "lazım gələrsə, Qətərə aid" bəyanatların məxfiliyini ləğv edəcək.
Aİ ilə Qətər arasında aviasiya üzrə danışıqları Avropanın aviaşirkətləri sərt tənqid ediblər. Onlar, eləcə də "Qatar Airways"in Avropaya uçuşları məhdud olan Fars körfəzindəki rəqibləri Qətər şirkətinin bütün Asiya ərazisindəki təyinat məntəqələrinə əlçatan reyslərinə görə vicdansız rəqabət aparacağından çəkinirlər.
Xatırladaq ki, dekabrın 9-da Brüssel və ətraf bölgələrdə "cinayətkar təşkilat, korrupsiya və çirkli pulların yuyulması" fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində axtarışlar və həbslər gerçəkləşdirilib. Məlum olub ki, istintaq çərçivəsində Avropa Parlamentinin vitse-prezidentlərindən biri Yeva Kayli və İtaliyadan olan deputat Pyer-Antonio Pantseri həbs ediliblər.
Bu istintaqla bağlı Avropa Parlamenti Qətər vətəndaşları üçün Aİ-yə gəliş-gedişdə vizasız rejimin tətbiqinə dair səsverməni dayandırıb.
Mənbə: Politico / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu