Korrupsiya törədən 28 şəxs cinayət başında yaxalandı
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birinci yarımildə 203 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 166 (82%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 37 (18%) material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib.
azxeber.com xəbər verir ki, bunu bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib.
O bildirib ki, əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb, keçirilmiş 19 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 18 nəfər saxlanılıb:
"Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 218 şəxs barəsində 144 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Həmin işlərdən 18 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi