Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
Banka borcu olan şəxs təqaüdçüdür. Onun aldığı pensiya və banka olan borcunun miqdarı isə eynidir. Pensiyasını bank borcuna verən şəxsin dolanmaq üçün pulu qalmır. Son günlər redaksiyamıza bu cür müraciətlərin sayı artır. Vətəndaşlar bildirirlər ki, aldıqları pensiyanı tam olaraq bank borclarına verdikləri üçün dolanmaqda çətinlik çəkirlər. Bəs görəsən, bu halda həmin şəxslər hansı addımı atmalıdırlar? Banka olan borcdan yaşayış minimumunun çıxılması mümkündürmü?
Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov konkret.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, hər bir şəxsin gəlirinin yarısı bütün borclarına görə tutula bilər.
"O cümlədən, təqaüdçünün də pensiyasının yarısı tutula bilər. Belə bir müddəa var ki, yaşayış minimumu şəxsi təmin etməlidir. Bununla bağlı dövlət orqanlarına da müraciət etmişdim. Yaşayış minimumu hər bir halda saxlanmalıdır. Qanun deyir ki, 50 faizədək pul tutulmalıdır. Yəni, az məbləğdə də pul tutula bilər."
İqtisadçı qeyd edir ki, yaşayış minumumu mütləq saxlanılmalıdır.
"Amma təəssüf ki, dövlət orqanları vətəndaşın bu hüququnu təmin etmir. Bu, praktikada belədir. Mən bu addımı Konstitusiyaya zidd hesab edirəm. Çünki Konstitusiyaya görə, insan haqlarının müdafiəsi dövlətin ali məqsədidir. Yəni yaşayış minumumu da insanın haqqıdır. Təəssüf ki, dövlət orqanlarının və məhkəmələrin təcrübəsi fərqlidir." / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır