Kreml Azərbaycanın təqdim etdiyi fürsətlərə üstünlük verir – TƏHLİL

Kreml Azərbaycanın təqdim etdiyi fürsətlərə üstünlük verir – TƏHLİLKreml Azərbaycanın təqdim etdiyi fürsətlərə üstünlük verir – TƏHLİL
Azərbaycanın diplomatiyada və iqtisadi sahələrdə təşəbbüsü ələ alması fonunda Türkiyə ilə birgə hərbi təlimlər keçirməsi Ermənistanın yardım üçün saman çöpünə əl uzatmasına gətirib çıxarır. Beynəlxalq dəstəkdən məhrum olan, regional layihələrindən kənarda qalan Ermənistanın son çırpınışları əbəsdir.
Fevralın 1-12-si tarixlərində Azərbaycanla Türkiyə Qarsda birgə hərbi təlimlər keçirib. Bundan sonra Azərbaycan 15-18 mart tarixlərində 10 min nəfərlik təlimlərə start verdi.
Hərbi təlimlərin fonunda Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi strategiyası da Ermənistanın qorxularının miqyasını artırdı.
Düzdür, Ermənistan da martın ortalarında təlim keçirdi, amma darmadağın edilmiş ordu ilə nə təlim keçirmək olar?! Hərçənd ki, Ermənistanın ordusunun texnikası da qalmayıb.
Ermənistanda yaranan dramatik və acınacaqlı vəziyyətdən çıxış yolu üçün İrəvan əqrəbləri şimala – Rusiyaya tutmağa çalışır.
Ermənistanın səyləri Samuel Bekketin "Qodonu gözləyərkən" əsərinin personajları kimi naməlum, məchul bir qüvvəyə mistik inamı gündəliyə gətirir.
Çünki Rusiya Ermənistana praktiki olaraq yardım etmir və buna görə də Ermənistan üçün "Qodo" kimi ümiddən başqa bir şey deyil.
Məğlub ölkə erməni kilsəsinin dindarları kimi şikayətqarışıq dualarını da gündəliyə gətirir.
Martın 23-də Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan bir neçə saat fərqlə rusiyalı həmkarı Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla telefon danışığında təhlükəsizlik və iki ölkə arasında ortaq hərbi əməliyyatların keçirilməsini müzakirə edib.
Martın 25-də həmin danışıqlar barədə parlamentdə məlumat verən V.Arutyunyan şikayəti şikayətə calayıb və Türkiyə-Azərbaycan ordularında inteqrasiyanın getdiyindən narahatlığını ifadə edib. Buna görə Ermənistan ordusunun problemlərini və təhlükəsizlik məsələlərinin Rusiya tərəfi ilə birgə yeni addımlar atılmasının tələb olunduğunu bildirib.
Amma Rusiyanın bu məsələyə diqqət etməsi şübhə altındadır.
Birincisi, nəzərə alaq ki, Türkiyə Rusiya ilə toqquşan maraqlar kontekstində belə NATO üzvü kimi Cənubi Qafqazda yaranan yeni geosiyasi fürsətlərdən imtina etmək niyyətində deyil.
İkincisi, Rusiya Türkiyə ilə qarşıdurma siyasətindən imtina edir və kəsişən maraqlar olsa belə birgə razılığa gəlməyi üstün tutur.
Bu mənada Azərbaycan-Türkiyə birgə təlimləri və Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi Rusiyada ən pis halda narahatlıq yarada bilər.
Üçüncüsü, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Türkiyə-Rusiya üçbucağı mühüm çəkiyə malikdir. Zəngəzur dəhlizi vasitəsilə ilə iqtisadi əlaqələrin perspektivi Azərbaycanın Rusiya üçün də xoşməramlı yeni regional fürsətlər təqdim etdiyinin göstəricisidir.
Rusiyanın isə bu fürsətləri qaçırmaq əvəzinə blokadada qalan Ermənistanla əlaqələri gücləndirməsi real görünmür.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 27 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri