Kreml: "İlham Əliyev, Putin və Paşinyan arasında görüş razılaşdırılmayıb
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş razılaşdırılmayıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub. Burada azı üç iştirakçının məsələni müzakirə etmək imkanı olacaq", - D.Peskov deyib.
Daha əvvəl MDB ölkələri liderlərinin növbəti qeyri-rəsmi görüşünün dekabrın sonunda Sankt-Peterburqda keçiriləcəyi bildirilmişdi.
///Report / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı