Kreml tezislərinə Abramyan-Babayan TƏZYİQİ - Fuad Abbasovdan ÖZƏL

Kreml tezislərinə Abramyan-Babayan TƏZYİQİ - Fuad Abbasovdan ÖZƏLSon günlər Rusiya mətbuatı Azərbaycana qarşı təxribat və qarayaxma kampaniyalarını yenidən intensivləşdirib. Rusiyanın istər dövlət kanallarında, istərsə də digər media resurslarında ölkəmizin ərazi bütövlüyü şübhə altına alınır, ermənipərəst mövqe sərgilənir. Rusiyada söz və mətbuat azadlığının olmadığını nəzərə alsaq, əslində bu addımların arxasında birbaşa Kremlin dayandığı da istisna deyil.
Vaxtı ilə Rusiyadan ermənilərin təxribatı ilə deportasiya edilən jurnalist Fuad Abbasov KONKRET.az-a Rusiya mediasının ermənipərəst mövqeyinin pərdəarxası məqamlarını şərh edib.
– Fuad bəy, Rusiya mediasının Azərbaycana qarşı təxribatlarının arxasında nə dayanır?
– Ümumiyyətlə, Rusiya mətbuatında belə bir sistem var. İstər ən çox izlənilən "Birinci" kanal, istərsə də ən kiçik qəzetlərə qədər hamısı müəyyən miqdar pulun qarşılığında hər hansı bir tezisi yayımlamağa hazır olan media orqanlarıdır. Yəni mətbuat orqanı olaraq reklam qarşılığında pul qazanırlar və burada qeyri-adi bir şey yoxdur. Amma "Birinci" kanalın son fəaliyyəti əlbəttə ki, Rusiya Prezident Administrasiyasından gələn tezislər üzərində qurulur. Məlumdur ki, Rusiya ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Rusiya prezidenti Vladimir Putin istər müharibə, istərsə də post-müharibə dövründə Qarabağın Azərbaycanın daxili işi olduğunu dəfələrlə dilə gətirib. Amma məsələ ondadır ki, Rusiya hakimiyyətinin Ermənistanın Baş naziri Niklol Paşinyana etirazı var və burada əsas məqsəd Azərbaycan vasitəsi ilə məhz Paşinyana mesajlar göndərməkdir. Çünki Rusiya iqtidarının Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyana sualları var və bu sualları birbaşa verə bilmədiyi üçün ictimaiyyət yolu ilə ünvanlayır. Yəni həm Rusiyada yaşayan erməni cəmiyyətini, həm də Ermənistanda yaşayan erməni əhalisini qızışdıraraq Paşinyan hakimiyyətinə qarşı neqativ düşüncə formalaşdırmağa çalışırlar. Ki, Rusiyanın Ermənistanı dəstəkləməsinə rəğmən, Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxır.
– Rusiyada yaşayan ermənilər bu təxribatlarda birbaşa iştirak edir?
– Rusiyada "Rusiya Erməniləri Birliyi" adlı təşkilat var. Sədri Ara Abramyandır, Ara Abramyan həm də Rusiya Prezidenti yanında Millətlərarası Əlaqələr şöbəsinin müdiridir. Həmin şöbənin mətbuata nəzarət edən qurumuna isə "Qovorit Moskva" radiostansiyasının baş redaktoru və aparıcı Roman Babayan nəzarət edir. Onlar birlikdə Kremldən gələn tezisləri necə qələmə verməyi fikirləşdikləri zaman əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünə təxribat, hər hansı bir qərəzli fəaliyyətləri də diqqətdə saxlayır və icra edirlər. Bu baxımdan, mən bu addımları Azərbaycanın ərazi bütövlüyünə təxribatdan daha çox Rusiya iqtidarının Nikol Paşinyana qarşı apardığı fəaliyyətlər kimi qiymətləndirirəm.
– Maraqlıdır, Paşinyana göndərilən mesaj nə üçün Azərbaycanın ərazi bütövlüyünə təxribat törətməklə verilir? Məsələn, bu mesajları elə Azərbaycana dəstək verməklə göndərmək olmaz? Yəni Ermənistana təzyiq etmək əvəzinə, əksinə, niyə dəstək göstərilir?
– Bunun əsas səbəbi Rusiyadakı diaspor və lobbi fəaliyyətimizin yox dərəcəsində olmasıdır. Nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan əlaqələri hazırda yaxşı vəziyyətdədir. Ukrayna müharibəsində neytrallığımızı qoruyuruq. İstər Rusiyada yaşayan azərbaycanlılar olsun, istərsə də Azərbaycanda yaşayan ruslar olsun, heç bir ciddi problem yaşamırlar. Amma Ermənistanda bunun əksinə olaraq Rusiyaya qarşı etirazlar keçirilir, Rusiya rəhbərliyinə qarşı təhqirlər və təhdidlər səsləndirilir və qarşısı da alınmır. Buna baxmayaraq, Rusiya telekanallarında Azərbaycana qarşı təxribatlar daha çox olur, nəinki Ermənistana qarşı. Çünki Rusiyanın Ermənistana qarşı heç bir aqressiyası yoxdur, özünün yaratdığı bir dövlətdir. Rusiya Ermənistanı Şimali Qafqazda sərhədlərini qorumaq və təsir qüvvəsini əbədiləşdirmək üçün Cənubi Qafqazda yaratdığı layihədir. Rusiya hakimiyyətinin etirazı Paşinyan iqtidarına qarşıdır. Bunu da Rusiyada yaşayan ermənilərdən istifadə edərək həyata keçirir.
Məsələn, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan uzun illər Rusiyada yaşayan, Putinlə yaxşı əlaqələri olan şəxsdir. İndi Ruben Vardanyan guya Rusiya vətəndaşlığından imtina edib, Qarabağa gedərək qondarma qurumda "vəzifə" alıb. Əlbəttə ki, bu, Rusiyanın istəyi və planı ilə baş tutub. Yoxsa, Vardanyan Rusiya vətəndaşlığından imtina edib, qondarma qurumda niyə "vətəndaşlıq" alsın? Onun kimi adam gedər Monakoda, Monteneqroda vətəndaşlıq alıb, xoşbəxt, firavan yaşayar. Amma o, məhz Rusiyanın əmri ilə Azərbaycana gəlir, separatçı rejimdə qondarma bir "vəzifə" alır. İnterpolda axtarışda olana Arayik Arutyunyanın köməkçisi kimi fəaliyyət göstərir. Eyni ilə Ara Abramyanın fəaliyyəti də belədir. O da öz sahəsində analoji fəaliyyət göstərir. Abramyan Kremldən tezisləri alır və fürsət düşmüşkən Azərbaycana qarşı da təxribat törədir. Amma təəssüflər olsun ki, nə Ara Abramyanın, nə Roman Babayanın, nə Marqarita Simonyanın, nə də Sergey Kurqinyanın fəaliyyətlərinə qarşı çıxan Azərbaycan diasporu yoxdur.
– Bəs, Kreml özü niyə bu təxribatçı fəaliyyətlərə müdaxilə eləmir?
– Rusiyada tezislər mətbuata tender kimi təqdim edilir və media orqanları o tenderi qazanıb, öz dəst-xətləri ilə icra edirlər. Məsələn, tenderi "Birinci" kanal qazanır, özünə uyğun şəkildə həyata keçirir. Bu tenderi "TV Center" də qazana bilərdi və onda başqa bir erməni lobbisinin nümayəndəsi məlum planı həyata keçirəcəkdi. "Rossiya-1" bu tenderi qazansaydı, onu Solovyov icra edəcəkdi, "Ren TV" qazansaydı, başqa bir erməniyönlü prodüser həyata keçirəcəkdi. "Birinci" kanal qazandı və icra elədi. Yəni tezis gəlmişkən, Ermənistanı məzlum ölkə, soyqırıma uğrayan xalq kimi Rusiya ictimaiyyətinə təqdim edərək həm Azərbaycan, həm də Türkiyənin bostanına daş artırlar.
Əgər, Rusiyada fəaliyyət göstərən telekanallarda Azərbaycana qarşı təxribat törədiləndə diaspor və lobbimiz Rusiya Dövlət Dumasının qarşısında etiraz etsəydi, Rusiya Prezident Administrasiyası da buna laqeyd qalmazdı. Yaxud Rusiya Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasının qəbul mərkəzinə gedib Rusiya mediasında Azərbaycanın ərazi bütövlüyünə təxribat törədildiyi deyilsəydi, hansısa müsbət nəticə əldə etmək olardı. Amma əksini görürük.
– Niyə diaspor və lobbimiz bu kimi məsələlərdə aktiv deyil?
– Çünki Rusiyadakı Azərbaycan diasporu Rusiya Təhlükəsizlik Xidmətinin nəzarəti altındadır və onların müstəqil fəaliyyət göstərməsi mümkün deyil. Ermənilərə isə bunun əksinə olaraq dəstək göstərirlər. Azərbaycanlılara isə deyirlər ki, siz bu işi görsəniz, cəzalanacaqsınız. Mənim fəaliyyətim bunun ən bariz nümunəsidir. Məni başımı aşağı salıb, əllərimi yuxarı qaldırıb Rusiyanın federal kanalında göstərmək nə idi? Azərbaycanlılara göz dağı verirdilər ki, siz də özbaşına fəaliyyət göstərsəniz, ən qatı cinayətkarlar kimi cəzalanacaq, əlləriniz yuxarıda, başınız aşağıda həbsxanaya salınıb, sonra da 50 illik deportasiya ediləcəksiniz. Amma ermənilərə əksinə olaraq dəstək göstərirlər. Çünki ermənilər ta sovet dövründən bu yana özlərini elə qələmə veriblər. Hər sahədə özlərini Rusiyaya mühüm şəxslər kimi təqdim edib, dəstək qazanıblar. Amma bizim fəaliyyətimiz daha çox öz-özümüzlə mübarizə aparmaq, bir-birimizin ayağının altını qazmaq olub. Bunun nəticəsidir ki, Azərbaycan diasporunun laqeyd qaldığı problemlərə Rusiya Prezident Administrasiyası da laqeyd yanaşır və heç bir reaksiya vermir. Mənim kimi reaksiya verən adamı da cəzalandırıb, başqalarına mesaj verirlər.
– Bir sözlə, Rusiyada ermənilər azərbaycanlılara nisbətən bütün sahələrə sirayət edib, istədiklərini diqtə edirlər…
– Tamamilə belədir. Həm nüfuz qazanıblar, həm də vəzifələrə yiyələniblər. Hətta 2019-cu ildə Rusiyanın Soçi şəhərində yerləşən hava limanında işləyən ermənilərin sayının ruslara nisbətən çox olduğunu nəzərə alan Rusiya Təhlükəsizlik Xidməti yüzdən çox ermənini işdən çıxarmışdı. Buna səbəb kimi də təhlükəsizlik göstərilmişdi. Çünki həmin hava limanı federal əhəmiyyət daşıyır və ermənilər orada dövlət xadimlərinə qarşı istənilən təxribatı törədə bilərdilər.
Təsəvvür edin ki, bu sadəcə bir nümunədir. Çünki Rusiyanın müxtəlif şəhərlərində istənilən dövlət orqanlarında çoxsaylı ermənilər işləyir və hətta elə qurumlar olur ki, sədrindən xadiməsinə qədər hamısı erməni olur. Bundan sonra azərbaycanlıların orada nəsə qazanmaq şansı var? Əlbəttə ki, yox. Hətta oradakı ermənilərin belə bir tendensiyası var.
Əgər, bir erməni Rusiyaya gedib mühüm bir sahədə vəzifə əldə edir, lakin aldığı məvaciblə dolana bilmirsə, Ara Abramyanın rəhbərlik etdiyi "Rusiya Erməniləri Birliyi" ona əlavə olaraq aylıq maaş təyin edir və vəzifəsində qalmağa davam etməsini təmin edir. Yəni əmin olurlar ki, həmin qurumda da onların nümayəndəsi var. Həmin adama elə şərait yaradırlar ki, onun vəzifəsini dəyişməsinə artıq ehtiyac qalmır və orada işləməyə davam edir. Qarşılığında da erməni lobbisi üçün çox böyük işlər görür. Ermənilər bu strategiyanı həm Rusiyada, həm Amerika Birləşmiş Ştatlarında, həm də Rusiyada çox müvəffəqiyyətlə həyata keçiriblər. Nəticə olaraq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik edən ATƏT-in Minsk qrupu bu üç ermənipərəst ölkə olub və təbii olaraq, 30 il ərzində də heç bir fəaliyyət göstərməyiblər.
– Buna qarşı hansı alternativ addımlar atılmalıdır?
– Biz bütün bu proseslərə reaksiya verməsək, təbii ki, Kreml də heç bir reaksiya verməyəcək. Çünki Rusiya üçün bu, elə də narahatedici məsələ deyil. İstər Azərbaycan Xarici İşləri Nazirliyi, istər Diaspor, istərsə də Medianın İnkişafı Agentliyi Rusiyada fəaliyyət göstərən azərbaycanlıları bir araya gətirib, istiqamət verməsə, nəsə əldə etmək mümkün olmayacaq. Yəni, nə qədər ki, fəaliyyətsizliyimiz davam edir, erməni lobbisi də öz işini görəcək, Rusiya mətbuatı da Ermənistana xidmət etməyə davam edəcək.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi     Baxılıb: 188   Tarix: 29 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb. -un məlumatına görə, mətndə deyilir:. "Hörmətli cənab Prezident,. Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsayl

Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, əslən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan separatçı Vaaqn Çaxalyan Ermənistanda saxlanılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barəd

TƏCİLİ! Sarkisyan da HƏBS EDİLDİ

Ermənistan Milli Məclisi baş prokurorun vəsatətini təmin edib və parlament "Hayastan" fraksiyasının üzvü Artur Sarkisyanın azadlıqdan məhrum edilməsi üçün razılıq verib. xəbər verir ki, keçirilən səsvermədə 62 deputa

Ceyhun Məmmədov: "İran prezidentinin Qarabağ səfəri regionda yeni reallığın göstəricisidir

İran prezidentinin Qarabağa, Xankəndiyə səfəri, cənab Prezidentlə birlikdə Şuşanı ziyarət etməsi, Prezidentlə səmimi görüşü və sair hallar Azərbaycanın yaratdığı yeni reallığın göstəricisidir. xəbər verir ki, bu fikirlər

ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirir

Düz 40 il bundan öncə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü iyulun 4-də Xankəndidə keçirildi

Hakan Fidan Sergey Lavrovla Braziliyada görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. KONKRET.azxəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Nazirlərin görüşü Braziliyanın Rio-de-Janeyr

Pezeşkianın Azərbaycana səfəri başa çatıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb. KONKRET.azxəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Əli Kərimlinin "Putin mesajı" AXCP-çilərdə belə gülüş yaratdı

Gündəmdə qalmaq, siyasi varlığının saxlamaq üçün heç bir fürsəti fövtə verməyən AXCP sədri Əli Kərimli Rusiyanın Azərbaycana qarşı təzyiqindən, ümumiyyətlə, Bakı və Moskva arasında yaranmış gərginlikdən sevincək olub. Palatk

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: "Mənə dedilər ki..."

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib. KONKRET.azxəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. "Bəzilər


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler qarabag xeberlər xəbər