Kremlin ATOM BOMBASI, yoxsa Putinə SUİ-QƏSD? - AZ QALDI
"Rusiya-Ukrayna savaşının səngidiyini desələr də, tam əksidir. Döyüşlər daha sıx xarakter almağa başlayıb".
KONKRET.azxəbər verir ki, bu fikirlər Türkiyənin məşhur hərbi eksperti Mete Yarara məxsusdur. Onun fikrincə, hər iki tərəfdən 500 minə yaxın hərbçi döyüşür və buna müharibə tempi azalıb demək olmaz.
Nüvə müharibəsi olacaqmı?
Türkiyəli hərbi ekspertin sözlərinə görə, Qərb Ukraynanı daha güclü və müasir silahlarla təchiz edir. Hazırda isə Ukraynaya təyyarələrin verilməsi müzakirə predmetidir:
"Əslində müharibə hələ indi başlayır".
O ki qaldı nüvə silahına, Mete Yarar bildirib ki, atom bombası hər münaqişədə gündəmə atılır. Nüvədən istifadə Koreya savaşında da müzakirə olunur, Vyetnamda da deyilirdi. Kuba böhranında (SSRİ-ABŞ) da eyni mövzudan bəhs olunurdu, amma qarşısı alındı:
"Yəni belə böyük toqquşmalarda ölkələrin müharibədə məğlubiyyətlə üzləşmək durumlarında atom bombasını kart kimi masaya qoyurlar. Əgər Rusiya Ukrayna savaşında uduzarsa, sərhədlərini qoruya biləcəkmi? Qoruya bilməz. Ona görə də Rusiya qələbə qazanmaq üçün əlindən gələni edəcək".
Yəni Kreml hər şeyə qadirdir. Atom bombası da istisna olunmur. Mete Yarar onu da qeyd edib ki, belə aqibətləri önləmək üçün xəfiyyə mübarizəsi də güclənmiş olur. Çünki daha böyük dağıntıların qarşısını almaq üçün sui-qəsdlərə əl atılır.
Burada haşiyəyə çıxaraq yuxarıda qeyd olunan Karib böhranını örnək gətirmək istərdim. Deyilənə görə, o vaxt Kennedi ilə Xruşşov anlaşmasaydılar, nüvə müharibəsi başlaya bilərdi. Belə bir sual ortaya çıxır:
• Bəs Con Kennedi niyə sui-qəsdlə öldürüldü?
Qətldə əsas şübhəli kimi SSRİ "KQB"sinin (DTK) adı hallanırdı. İndi isə əsas hədəfin Putin, sui-qəsd məkanının isə 15-16 noyabrda G-20 sammiti baş tutacaq Bali adasının olduğu ehtimal olunur. Ardınca Navalninin azadlığa buraxılıb hakimiyyətə gəlməsi və Rusiyanın 4-5 ölkəyə parçalanması ssenarisi barədə siyasi dedi-qodular mövcuddur.
KONKRET.az-ın Analitik Qrupu
P.S. Sonra da deyirlər ki, Putin niyə iqamətgahından çıxmır?

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü