Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenariRusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturuna yönələn hücumların intensivləşməsi fonunda regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyi bildirilir.
Bəs Krımda yaranmış vəziyyət cəbhədə qüvvələr nisbətini dəyişə və Rusiyanın hərbi imkanlarına ciddi təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Krım və Sevastopolda fövqəladə vəziyyətin elan olunması, xüsusilə enerji və yanacaq obyektlərinə endirilən zərbələr fonunda müharibənin yeni mərhələyə keçdiyini göstərir.
Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari"Ukrayna ordusunun Krımda elektrik stansiyaları və yanacaq depolarına endirdiyi hücumlar Sevastopolda genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub ki, bu da döyüşlərin artıq yalnız cəbhə xəttində deyil, Rusiyanın dərin arxa bölgələrində də intensiv xarakter aldığını nümayiş etdirir.
Krımda yanacaq satışına tətbiq olunan məhdudiyyətlər, yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələr və turizm mövsümünün faktiki iflasa uğraması regionun sosial-iqtisadi sabitliyinə ciddi zərbə vurur".
A.Tağıyevin fikrincə, yanacaq və sursatın Krıma çatdırılmasının çətinləşməsi Rusiya ordusunun cəbhədəki manevr imkanlarını məhdudlaşdırır:
"Ukraynanın əsas məqsədi Krımı izolyasiya etməkdir. Bu strategiya Rusiya qüvvələrinin təchizatını zəiflədir, müdafiə qabiliyyətini aşağı salır. Yanacaq böhranı yalnız hərbi texnika üçün deyil, mülki əhali üçün də ciddi problemlər yaradır. Nəticədə Rusiya həm hərbi, həm də siyasi baxımdan daha böyük təzyiqlə üz-üzə qalır."
Politoloq hesab edir ki, Krım və Sevastopolda fövqəladə vəziyyətin elan olunması müharibənin artıq "enerji və logistika müharibəsi" mərhələsinə daxil olduğunu göstərir.
"Bu proses təkcə hərbi əməliyyatların deyil, həm də regionun sosial-iqtisadi sabitliyinin hədəfə alınması deməkdir. Ukraynanın strategiyası Krımı təcrid etmək və Rusiya üçün strateji baxımdan yükə çevirməkdir. Bu isə həm cəbhədə, həm də beynəlxalq müstəvidə gərginliyin daha da artmasına səbəb ola bilər", – deyə Aydın Tağıyev vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 27 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az