KTN Nazirlər Kabinetinin qərarına aydınlıq gətirdi: Subsidiyalar ləğv edilməyib

KTN Nazirlər Kabinetinin qərarına aydınlıq gətirdi: Subsidiyalar ləğv edilməyibAzərbaycan Respublikasının baş naziri cənab Əli Əsədovun dünən imzaladığı 319 saylı qərarla əlaqədar bildiririk ki, bu Qərar pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsini nəzərdə tutmur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.
O bildirib ki, kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsi hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə tənzimlənir: "Həmin Fərmanla təsdiq edilən vahid qaydaya uyğun olaraq ölkəmizdə bitkiçilik və heyvandarlıq üzrə 6 növ subsidiya üzrə ödənişlər bu il yanvarın 1-dən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən fermerlərə subsidiya verilməsinə dair Nazirlər Kabinetinin əvvəlki qərarları, mövcud hüquqi-normativ aktlar yeni Fərmana uyğunlaşdırılır. Bu, hüquqi prosedurdur və Nazirlər Kabinetinin aqrar sahəyə dövlət dəstəyinin nəzərdə tutan bir sıra qərarların ləğvinə dair son qərarı bu uyğunlaşma ilə əlaqədardır. Artıq bu il dövlət tərəfindən payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilib, digər kateqoriya subsidiyaların, o cümlədən arıçılığa görə subsidiyaların ödənilməsi hazırda davam edir. Sosial şəbəkələrdə Nazirlər Kabinetinin son qərarının subsidiyaların ləğv edilməsi kimi şərh olunması yanlışdır və bunun heç bir hüquqi əsası yoxdur".
Vüqar Hüseynov bildirib ki, Aqrar Subsidiya Şurasının 02 sentyabr 2019-cu il tarixli qərarına görə, fermerlərə emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə 100 manat, təhvil verilən yaş tütünün hər tonuna görə isə 50 manat məhsul subsidiyası verilir. Bundan əlavə, fermerlərə pambıq sahələrinin hər hektarına görə 220 manat, tütün sahələrinin hər hektarına görə isə 280 manat əkin subsidiyası ödənilir. Arıçılar isə təsərrüfatlarında olan arı ailələrinin hər birinə görə 10 manat subsidiya alırlar. Dövlət həmçinin qəbul məntəqələrinə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə kümdarlara 5 manat subsidiya ödəyir: "Bu subsidiyaların heç biri ləğv olunmayıb, ölkədə aqrar sahəyə dövlət dəstəyi tam şəkildə davam etdirilir və fermerlərimizin mövcud "Fermer kartı"na subsidiyaların köçürülməsi əvvəlki qaydada davam edəcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun