Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO

Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTOKubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO
Azərbaycanda istedadlı gənclər çoxdur. Necə deyərlər, torpaq yetişdirir. Onların uğurlarını görmək isə hər bir azərbaycanlı üçün xoşdur. 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə mübarizə aparan, müxtəlif vasitələrlə əsgərlərimizə öz dəstəyini göstərməyə çalışan bir çox insan tanıdıq, sizlərə də tanıtdırdıq.
Onlar arasında əsgərlər üçün səyyar hamam təşkil edənlər, işğaldan azad olunan torpaqlarımızda stomatoloji kabinet açanlar, əsgərlərimizdən ailələrinə xoş xəbər gətirənlər, yaralı hərbçilərimizin qulluğunda dayanmaq üçün könüllü müraciət edənlər və s. var.
Saymaqla bitməyən istedadlar arasından bu gün sizi daha bir gənclə tanış edəcəyəm. Onun adı Həzrətdir.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTOMəmmədrzayev Həzrətin 23 yaşı var. Turizm sahəsi üzrə təhsil alan Həzrət pandemiyadan əvvəl turizm sahəsində çalışıb. Ailədə beş nəfərdirlər. Həzrətin qardaşı Şöhrət Məmmədrzayev də 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biridir.
Qardaşlardan biri ön cəbhədə, biri isə arxa cəbhədə Azərbaycan ordusuna əllərindən gələn dəstəyi veriblər.
Həzrəti həmyaşıdlarından fərqləndirən əsas cəhətlərdən biri onun Azərbaycanda kubik-rubiklər vasitəsilə portretlər yaratmasıdır. Bunu necə və nə cür etdiyini isə elə öz dilindən eşidək:
Oxu.Az Azərbaycanda kubik-rubiklə portret hazırlayan 23 yaşlı Həzrət Məmmədrzayevlə müsahibəni təqdim edir:
-İlk dəfə kubik-rubiki neçə yaşında yığmısınız?
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO-2013-cü il oktyabr ayının 1-də ilk dəfə kubik-rubiklə tanış olmuşam. Bu günü xüsusi olaraq qeyd edirəm. Artıq 2647 gün bundan əvvəl ilk dəfə kubik-rubik yığmışam. Bu, zamanla mənim ən sevimli məşğuliyyətlərimdən birinə çevrilib. Həqiqətən bu, mənim həyatımın bütün mərhələrinə özünəməxsus dəyişiklik gətirdi.
-Necə oldu kubik-rubikə belə maraq yarandı?
-Əslində uşaqlıqda bu mənim üçün oyuncaq idi. Ən sevimli oyuncaqlarımdan biri idi deyə bilərəm. Hər zaman onun rənglərini çıxarıb yenidən taxaraq, düzgün yığacağım günü xəyal edirdim. Yığa bilməsəm də, çox sevirdim. Bir gün onu qısa zamanda yığacağıma inanırdım.
Bir dəfə Türkiyə televizyasında yayımlanan "Yetenek Sizsiniz Türkiye" proqramına baxanda orada kubik-rubik yığmaqla öz istedadını nümayiş etdirən gənc gördüm. Təxminən həmyaşıd olardıq. O zaman mənim 14-15 yaşım olardı. Bu məndə maraq oyatdı və qarşıma məqsəd qoydum ki, kubik-rubik yığmağı öyrənib həmin yarışmaya qatılacam. Hətta finala çıxmaq xəyalı da qurdum. Bu mənə güclü motivasiya oldu.
-İlk yığdığınız kubik-rubiki hansı müddətdə tamamlamısınız?
-Birinci dəfə, təxminən bir günə bir ədəd kubik-rubik yığdım. Birmənalı olaraq səhər oyanandan axşam yatana qədər bütün zamanımı onu yığmağa sərf etdim. Onda kubik-rubikin düzgün yığılma texnikasını kəşf etdim. Ondan sonra yavaş-yavaş kubik-rubiki yığmağa sərf etdiyim müddət saatlar, daha sonra dəqiqələrlər, saniyələrə qədər azalmağa başladı. Hətta bu gün rekordum altı saniyədir. Ortalama 10 saniyə ərzində kubik-rubik yığa bilirəm.
-Ümumiyyətlə bu bacarığı inkişaf etdirməyin sirri nədir?
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTOMəncə bunun sirri sadəcə olaraq həyat tərzinə çevrilməsindədir. Həqiqətən də bu rəngli oyuncaqlar həyatın bir hissəsidir. Həyat kimi qarışıq, rəngarəngdir. Onu qaydaya salmaq bizim əlimizdədir. Rəngləri istədiyiniz istiqamətdə bir araya gətirə bilirik. Sevgi ilə yanaşdıqda, mümkünsüz heç nə yoxdur.
-Bununla bağlı hansısa müsabiqələrdə iştirak etmisinizmi?
-Bir çox yarışmalara qatılmışam. İlk dəfə hədəflədiyim "Yetenek Sizsiniz Türkiyə" müsabiqəsinə qoşuldum. 2014-2015-ci illərdə iştirak etdiyim bu yarışmada gözləmədiyim halda birinci tura vəsiqə qazandım. Sözün düzü hədəfim iştirak idi, irəliləyəcəyimi düşünmürdüm. Nəhayət performansım bəyənildi və mən ikinci mərhələyə qədər gəldim. Lakin növbəti mərhələyə keçə bilmədim.
Növbəti dəfə 2018-2019-cu illərdə qatıldım, bu dəfə məqsədim qələbə qazanmaq idi. Bu dəfə minlərlər insan içərisində seçilməklə yanaşı finala çıxan 10 iştirakçıdan biri oldum. Azərbaycanı təmsil etdiyim üçün qürurlu idim. Bununla bağlı çoxsaylı təşəkkürlər aldım.
Daha sonra yerli müsabiqələrə də qoşuldum. Bu günə qədər də öz üzərimdə çalışaraq bu işi davam etdirirəm.
-Kublardan hazırladığınız ilk rəsm hansı olub?
-Əslində kubik-rubiklərə marağım artdıqca, özümü inkişaf etdirdikcə onu dəyərləndirməyin daha fərqli, maraqlı üsullarını axtarırdım. Mozaika portretlərin hazırlanması ilə tanış olduqdan sonra incənətə olan marağım daha da artdı. Uşaqlıqdan rəsm, musiqi mənim üçün ruhun qidası olub.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTOBeləliklə mozaika incəsənət sahəsinə yönəldim. Əlimdə olan altı ədəd rənglə rəsmlər hazırlamağa başladım. Düşündüm ki, bu altı rəngdən portretlər yaradım. İlk olaraq eskiz formalar yaratdım və rənglərlə onu tamamlamğa başladım. Kubik-rubiklərlə hazırladığım ilk rəsmi 2016-cı ildə hazırlamışam. Bakıda keçirilən "Formula-1" yarışları ərəfəsində. "Formula-1" rəsmini yığmışdım. O kubik-rubikləri mənə geri vermədikləri üçün kublarsız qaldım. O qədər kubik-rubik ala bilmədiyim üçün 2 il fasilə verməli oldum.
Bu müddət ərzində kubik-rubik yığdım. Artıq iki ildir kubik-rubiklərlə portretlər hazırlayıram. Bu istiqamətdə əl işlərim sosial şəbəkədə paylaşıldı. Xüsusi maraq doğuracağını təxmin etməmişdim, amma insanlar tərəfindən müsbət qarşılandı. Buna təbii olaraq sevinirəm.
-Ona nə qədər kubik-rubik və nə qədər zaman sərf etmisiz?
Ümumiyyətllə bir portretin hazırlanmasında ortalama 500-2000 ədəd kubik-rubik lazım olur. Ən kiçik rəsmi hazırlamaq üçün təxminən 8-10 saat zaman sərf olunur. Daha böyük rəsmlərə isə  daha çox müddət lazımdır. Məsələn 15-20 saat, bəzən isə günlər sərf edirəm. Çünki, çox xırda detallar olur. Həm də mütəmadi olaraq məşğul olmadığım, sadəcə boş zamanlarımı istifadə etdiyim üçün zaman bir qədər də uzana bilir. Yuxu vaxtımı belə incəsnətə sərf edirəm desəm, yalan olmaz.(gülür)
-Azərbaycanda ilk dəfə kubik-rubiklə rəsm yaradan şəxs sizsiniz, ilkə imza atmaq necə hissdir?
-Bəli, bildiyim qədər ölkədə bu sahədə əl işləri olan ilk gənc mənəm.Əslində qeyri-adi bir hiss yoxdur. Sadəcə iki ildir fəaliyyətimdə, eləcə də İkinci Qarabağ Müharibəsindən sonra mozaika incəsənət növündə qəhrəmanlarımıza geniş yer verdim. Vətən müharibəsində iştirak edən şəhidlərimizin portretlərini yaratdım.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTOOna görə də yaratdığım bu portretlərlə qürur duyuram. Ona görə yox ki, bu işi hazırda tək mən görürəm. Sadəcə olaraq adını tarixə qızıl hərflərlə yazan qəhrəmanlarımızın rəsmlərini hazırlamaq, onları tanıtmaq mənim üçün şərəfdir. Fəaliyyətim bundan sonra da bu istiqamətdə davam edəcək. Biz onların xatirəsini əlimizdən gəldiyi qədər əziz tutmalıyıq, unutmamalı, unutdurmamalıyıq.
-Qarşıdakı məqsədiniz nədir?
-Əslində dünya rekordu yox, ginnes rekordunu yeniləmək istərdim. Sırf mozaika portretlərinin hazırlanması ilə buna nail ola biləcəyimə inanıram.
-Əl işləriniz arasında general-mayor Polad Həşimovun rəsmi var. Onun hazırlanmasına nə qədər kubik-rubik və zaman gedib?
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO-Genral-mayorumuzun rəsmini hazırlamaq üçün 884 ədəd kubik-rubikdən istifadə etmişəm. Rəsm əsərini 20 saat ərzində hazırlamışam. Bildiyiniz kimi Polad Həşimov bizim unudulmaz qəhrəmanlarımızdan biridir. Onun xatirəsi çox əzizdir. Onun şəhidlik zirvəsinə ucaldığı gün Azərbaycan xalqının nümayiş etdirdiyi birliyi sözlə ifadə etmək mümkün deyil. Həqiqətən Qarabağa geri qayıtmağımızın bəlkə də təməlini qoyan qəhrəmanlardan birinci oldu. Azərbaycan ordusu onun qisasını aldı. Torpaqlarımız geri qaytarıldı.
-Başqa hansı qəhrəmanlarımızın rəsmini hazırlamısız?
Ondan öncə də Vətən üçün canından keçən qəhrəmanlarımızın rəsmlərini hazırlamışam. Onlar arasında Mübariz İbrahimov, Teymur Abbasov, Xudayar Yusifzadə, Cərayıl Dövlətzadə, Mehrac Əhədov və digərləri var. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO-Heç sərgi açmağı düşünmüsünüzmü?
-Bəli, çox istərdim ki, mozaika incəsənəti ilə bağlı şəxsi sərgim keçirilsin. Bunun üçün mənə maddi dəstək lazımdır. Kubik-rubiklərin alınması, eyni zamanda onların rəsm sərgisi kimi təşkil olunması və s. Dünyada sırf kubik-rubiklə hazırlanan mozaika incəsənəti sahəsində sərgi təşkil olunmayıb. İlk dəfə bu Azərbaycanda keçirilə bilər. Düşünürəm bunu sırf şəhidlərimizin xatirəsinə həsr etmək olar.
-Hazırladığınız rəsmlər arasında Ulu Öndər Heydər Əliyevin, eləcə də Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin də rəsmi var.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO-Bu mənim üçün ən anlamlı əsərlərdən biridir. Ulu Öndərimiz Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin rəsmlərini hazırlamaq üçün daha çox zaman ayırdım.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTOPrezidentimizin qələbəmizi simvolizə edən dəmir yumruq fikri və çıxışları zamanı qələbə xəbərini verərkən jestləri vətəndaş olaraq məni çox qürurlandırır. Bu əsəri "Dəmir yumruq" adlandırmışdım. Xalq olaraq Ali Baş Komandanımızla fəxr edirik.
-Qələbə simvolu kimi "Xarı-Bülbül"ün rəsmini işləmisiniz. Xırda detallar çoxdur, bu əsər necə ərsəyə gəldi?
-Bu əsər şəhidlərimizin xatirəsinə ithafən hazırlanıb. Qarabağın simvolu kimi yüksək qiymətləndirirəm. Bu əsər qürurla paylaşılır.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTONövbəti əsərim də Azərbaycanın ərazi bütövlüyünün təsvir olunduğu xəritədir. Xəritəni doqquz noyabrda hazırladım.
Kubik-rubiklə şəhidlərin rəsmini yaradan gənc: "Onların xatirəsinə sərgi keçirmək istərdim" - MÜSAHİBƏ + FOTO10 noyabrda ölkə başçısı bizə qələbə xəbərini verdikdən sonra bu əsərim də çox paylaşılmağa başladı. Çox qürur duyurdum ki, bu təsadüf yaşandı.
-Tələbə hazırlayırsınızmı?
-Bəli, öyrənmək istəyən hər kəsi öyrədirəm. Kubik-rubik təlimləri keçirəm. Artıq 300-dən çox tələbəm var. Ortalama olaraq bir nəfərə kubik-rubik təlimini bir saat keçirəm. Bu işin xüsusi texnikası var. Onu bildikdən sonra çox rahat şəkildə yığmaq mümkündür. Mərhələ-mərhələ öyrənmək lazımdır, səbrli olmaq önəmlidir.
Bu həm maraqlıdır, həm də əyləncədir. Gənclər üçün deyərdim ki, hətta faydalı məşğuliyyətdir. Öyrətdiyim şəxslər arasında yaş məhdudiyyəti olmayıb. Müraciət edən hər kəsə izah etmişəm. Ən kiçik tələbəm qardaşımdı. Onu öyrədəndə beş yaşı var idi. Artıq altı yaşı var və 40 saniyəyə kubik-rubiki yığır. Bəlkə də həmyaşıdları arasında rekord göstərici ondadır, deyə bilmərəm. Amma gələcəkdə daha da uğur qazanacağına inanıram. Dünya rekordu qıracağına əminəm.

-Sifariş qəbul edirsinizmi? Edirsinizsə, bir sifarişin (detallardan asılı olaraq) ortalama qiymətini qeyd edin.
-Təəssüf ki, sifariş qəbul edə bilmirəm. Amma sifarişlər çoxdur. Xüsusilə də şəhidlərimizin portretləri ilə bağlı. Həqiqətən onlara nə cavab verəcəyimi bilmirəm. Çalışıram mümkün qədər yox deməyim. Amma bir portretin hazırlanması günlər aldığı üçün bəzən çatdıra bilmirəm. Kubik-rubiklərin qiymətinə uyğun deyim, ortalama 1000 manat təşkil edir.
Bu aydan etibarən gündəlik iş rejimimi tənzimləməyə çalışacağam. Gələn istəkləri nəzərə alaraq, bütün şəhidlərimizin portretlərini hazırlamağa çalışacam. Bu qısa zamanda ərsəyə gəlməyəcək, bilirəm. Lakin mən bunu edəcəm. Nəhayət onların portertlərindən ibarət sərginin keçirilməsinə çalışacağam. Ümid edirəm sosial hesablarımda bu məqsədimə çatmaq üçün mənə dəstək olanlar olacaq. Hər kəsə təşəkkür edirəm.
Könül Cəfərli 

Sosial     Baxılıb: 724   Tarix: 01 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kolleclərə qəbulda bu ixtisas ləğv edildi — Səbəb

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi"

Vado Korovin qızı ilə fotosunu paylaşdı

"Space"in keçmiş rəhbəri Vado Korovin paylaşımı ilə diqqət çəkib. V. Korovin qızı ilə paylaşım edib. Onun övladı ilə fotosu maraqla qarşılanıb. /

Hamilələrin nəzərinə — Yüksək təzyiq

Hamiləlikdə yaranan və həm ana, həm də körpə üçün təhlükəli ola bilən yüksək təzyiq xəstəliyi olan preeklampsiya üçün qanı süzmə (filtrasiya) terapiyası potensial müalicə üsulu ola bilər. Bu üsul həm hamilə qadın, həm d

Aqualink' HORECA üçün su həllərini təqdim edir

Azərbaycanın aparıcı su mühəndisliyi şirkətlərindən biriolan Aqualink LLC, 5–8 May tarixlərində Bakı Sərgi Mərkəzində paralel keçirilən19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu — Caspian AgroWeek 202

Hazırlığa getmədən 300 bal topladı - Fotolar

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib. xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincin

Gəlirlər artdı

2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasınd

Bu şəxslərə qapı açmayın - Qohum olsa belə

Evin qapısı açıq ola bilər, amma ruhun sərhədləri hər kəs üçün deyil. Yaxın bir insanı gözləmək çox vaxt demək olar ki, fiziki səviyyədə hiss olunan sevinc gətirir. Qapı arxasında addım səsləri ürəyin döyüntüsünü sürətləndirir

Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Laho

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tan


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar son xeber.az cəbhədən son məlumat en son xeber