Kürdəmirdə qəzada yaralanan kişinin vəziyyəti orta ağırdır - RƏSMİ
Kürdəmirdə qəzada yaralanan kişinin vəziyyəti orta ağırdır - RƏSMİ
Kürdəmir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində bir nəfər xasarət alıb.
Bu barədə Oxu.Az-a "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.
O bildirib ki, baş verən qəza zamanı xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır:
"Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda hər iki ətrafının sınığı müşahidə edilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilib. Vəziyyətinə uyğun olaraq şöbəyə yerləşdirilib".
Xatırladaq ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu BMW markalı avtomobillə İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və qəza törədib.
Bu barədə ilk məlumatı Report yayıb.






Könül Cəfərli

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb