Kürdəmirin sabiq icra başçısı kimlərdən nə qədər rüşvət alıb? - SİYAHI

Kürdəmirin sabiq icra başçısı kimlərdən nə qədər rüşvət alıb? - SİYAHIKürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun rüşvət aldığı epizodların bəziləri məlum olub.
azxeber.com "Report"a istinadən xəbər vverir ki, cinayət inin materiallarında qeyd edilib ki, o, 2014-cü il aprelin 16-dan 2020-ci il avqustun 20-dək Kürdəmir RİH-in keçmiş birinci müavini Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Natiq Kərimovla cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər.
Belə ki, onlar 2004-cü il tarixdən Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Balayev Ata Seyfəddin oğlundan vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində 18 000 manat, rayonun Atakişili kənd bələdiyyəsinin sədri Ömərov Habil Ələddin oğlundan 10 000, rayonun Şıxımlı kənd uşaq bağçasının müdiri İslamova Nazlı Yusif qızından 1 300 manat, rayonun Carlı kənd sakini Novruzov Sədrəddin Şəmsəddin oğlundan 187,0 ha torpaq sahəsinin örüş-otlaq məqsədilə 15 illik müddətə icarə əsasında istifadə edilməsinə görə 81 200 manat pulu rüşvət qismində alıblar.
Bundan başqa, C.Cəfərovla T.Novruzov Kürdəmir RİH başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəsulov Rasim Aydın oğlu və "Ruslan-Qərb" MMC-nin direktoru Səfərov Ramiz Məhəmmədəli oğlu ilə cinayətkar əlaqəyə girib.
İttihamda qeyd edilib ki, R.Rəsulov Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə guya müxtəlif təsərrüfat malları və qiymətlilərin alınması görüntüsü yaradıb. Daha sonra onlar 32 896,05 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə "Ruslan-Qərb" MMC-nin bank hesabına köçürüb. Yalnız 18 may 2020-ci il tarixli elektron qaimə ilə 3 adda 1 083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilib. Qalan, o cümlədən, həmin nümayəndəlik üzrə 2 432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27 276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2 105 manat, cəmi 31 813 manat məbləğində pul vəsaiti R.Səfərov tərəfindən rayon ərazisində həmin müddətdə bankdan çıxarılaraq nağdlaşdırılıb, Rasim Rəsulova verilib. C.Cəfərov həmin pul vəsaitini əlbir olduğu T.Novruzov, R.Rəsulov və R.Səfərovla bölüb.
Eyni zamanda C.Cəfərovla T.Novruzov 13 oktyabr 2014-cü il tarixdən 30 iyun 2016-cı il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Sadıqov Müşfiq Qubad oğlu və kombinatın digər əməkdaşları ilə cinayətkar əlaqəyə girib. Keçmiş icra başçısının verdiyi tapşırıq əsasında M.Sadıqov tamah niyyəti ilə tərtib etdiyi kassa məxaric orderləri ilə həmin kombinata guya təsərrüfat malları və yumşaq inventarların alınması görüntüsü yaradıb. Daha sonra kombinatın sabiq təmizlik şöbəsinin müdiri Xələfov Vaqif Osman oğlunun adına qeyd edilən tarixlərdə saxta kassa məxaric orderləri tərtib edilib. V.Xəlilov inzibati binada kassadan həmin müddətlərdə nağd qaydada 11 729 manat məbləğində pul vəsaitini götürərək M.Sadıqova verib. Həmin pul isə C.Cəfərova T.Novruzov vasitəsilə çatdırılıb. Keçmiş icra başçısı pulu öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib.
Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Sosial       Tarix: 17 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber