Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO/VİDEO
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO/VİDEO
Pizzaxanada 31 ildir kuryer işləyən Robert Petersə bəxşiş əvəzinə maşın hədiyyə edilib.
REN TV-nin məlumatına görə, hadisə ABŞ-ın İndiana ştatının Tipton şəhərində baş verib.
Müştərilərindən birinin təşəbbüsü ilə başlayan aksiyada Petersə 19 min dollar dəyərində avtomobil alınıb.
Müştərilərin sözlərinə görə, o, hər zaman işinə məsuliyyətlə yanaşıb və müştərilərə müsbət emosiyalar bəxş edib.
"15 sent qalığı qaytarmaq üçün o, bəzən küləkli havada bir neçə km yol qət edə bilər. Bu mənəviyyatdır", - deyə aksiyanın təşəbbüskarı Tanner Lengli bildirir.
Lenqli kuryerə dəfələrlə bəxşiş vermək istəsə də, Peters hər zaman bundan imtina edib. Nəhayət o, kuryerə yeni bir avtomobil alınması üçün şəhər sakinləri arasında yardım kampaniyasına başlayıb.
Qeyd edilir ki, Petersin özünün avtomobili olub. Ancaq maşın 1993-cü il istehsalı olduğu üçün "tökülürdü".
Cəmi iki günə sakinlər tələb olunan məbləği topladılar. Lenqli bu pula maşın alaraq, açarı kuryerə təqdim edib.
"Bu hadisələr o qədər sürrealdır ki, inana bilmirəm", - deyə kuryer bildirib.



Xidmetler [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb