Kütləvi zəhərlənməyə səbəb olan yas mərasiminin sahibi danışdı
"Yas mərasimində verilən məhsulların, qidaların hamısı bazardan, dükandan alınıb".
KONKRET.az xəbər verir ki, bunları "Report"a açıqlamasında Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov deyib.
O, qeyd edib ki, hadisə qardaşının yas mərasimində baş verib: "Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu. Yeməkdən sonra yaxınlarım da özünü narahat hiss etdi. Məhsulların hamısı bazardan, dükandan alınıb. Aidiyyəti qurumların əməkdaşları gəlib hər qidadan analiz üçün nümunələr götürdülər. Yaxın günlərdə zəhərlənmənin hansı qidadan baş verdiyini araşdırıb deyəcəklər", – M.Cəfərov deyib.
Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 100 nəfəri ötüb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma davam etdirilir.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi