"La Monde": Azərbaycan Qarabağ müharibəsində PUA-lardan mükəmməl istifadə edib

Fransanın məşhur "La Monde" nəşrində hərbi ekspert Lui Qotiyenin (fr.Louis Gautier) "PUA-lar müharibəsi" başlıqlı məqaləsi dərc edilib.
Müəllif Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) gücünə, effektivliyinə toxunub.
Yazıda Türkiyədə 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğan hökumətinin ordu quruculuğu və hərbi sənayenin inkişafına xüsusi əhəmiyyət verməyə başladığı qeyd edilib.
Vurğulanıb ki, Türkiyə hərbi qüdrətini, eləcə də hərbi sənaye-ixrac imkanlarını artırıb, ənənəvi silahlara aletrnativ olan yeni nəsil silah və sistemlərdən istifadə edərək mühüm üstünlük əldə edib.
Bu da ölkənin silah ixracını gündən-günə artırması, onun təsir imkanları coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Bu kimi yeni nəsil silahların istifadəsi ümumi qəbul olunmuş müharibə ssenarisi və nəzəriyyələrini alt-üst edib, habelə daha ucuz başa gələn bu sistemlərlə böyük məbləğə başa gələn silah sistemlərinin məhv edilməsi ilə daha da əhəmiyyət kəsb etməyə və əvəzedilməz vasitəyə çevrilməsilə şərtləndirib.
Yazıda o da bildirilib ki, 2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir. Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub.
Məqalədə həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları ("Bayraktar TB2"), İsrail istehsalı olan kamikadze dronlar ("HAROP") çoxunun təəccübünə səbəb olub. Yazıda digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda PUA-lar "zemlya-zemlya" sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də vurğulanıb.
Hərbi ekspert xüsusi olaraq Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq nəticəsində Ermənistan tərəfinin ağır itkilər verdiyi də qeyd edib.
Nəşr bildirib ki, hələlik Türkiyənin dron sistemlərinə yalnız Azərbaycan və Qətər malikdir. Növbəti ölkələrin isə Polşa və Ukrayna olması gözlənilir. Latviya da bu sistemləri almaqda maraqlıdır. PUA-ların Qarabağda mükəmməl tətbiqi dünyanın bir çox hərbi qərargahlarını, o cümlədən Fransanı narahat edir.
///Report

Siyasi       Tarix: 11 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun hava durumu bugunun xeberleri bu gunun xeberleri