Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən işlər AÇIQLANDI
Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən işlər AÇIQLANDI
Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır.
Bunu "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.
Onun sözlərinə görə, hazırda ərazi təmizlənir:
"Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq. Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir".
Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.
Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın 6 beynəlxalq hava limanı var. Onlar Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala və Füzulidə yerləşir.
Füzuli hava limanının rəsmi açılışı 2021-ci il oktyabrın 26-da olub. Azad edilmiş ərazilərdə daha 2 hava limanı inşa edilir. Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara təhvil verilməsi gözlənilir. Aeroportda işlərin artıq 60 %-i tamamlanıb /oxu.az

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi