Laçın dəhlizi BAĞLANMIR, İrəvanın Qarabağ sərsəmliyi DAVAM EDİR və s. - Mövcud SİTUASİYA

Laçın dəhlizi BAĞLANMIR, İrəvanın Qarabağ sərsəmliyi DAVAM EDİR və s. - Mövcud SİTUASİYA2020-ci ilin sonlarına təsadüf edən 44 günlük savaş Azərbaycanın qələbəsilə başa çatdı və ermənilər "Dəmir Yumruq"dan qorxmağa başladılar. Lakin 2 il ərzində onların xofu azalana oxşayır. Belə ki, İrəvan Fransa xoruzunun dimdiyinə və Tehran zooparkındakı aslanın quyruğuna güvənir. Bəlkə də buna görə, erməni və onların havadarlarına "Qardaş yumruğu" təlimləri ilə mesaj verdik.
KONKRET.az xəbər verir ki, İrəvan sülh sazişi ilə bağlı Bakının təklifini alıb və ilin sonuna qədər Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş baş tuta bilər. Görüş öncəsi hər iki ölkənin deputatları müxtəlif şərh və bəyanatlarla yadda qalır. Məsələn, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Qafqaz haqında əhatəli fikirlərə müəlliflik edərkən Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağdan bəhs edib:
"Bu gün bizim qarşımızda Qarabağın ermənilər yaşayan hissəsinin əhalisini qorumaq kimi tapşırıq dayanıb. Azərbaycan Qarabağ probleminin, oranın köklü erməni əhalisi kimi mövcud olmadığını bəyan etməyə başlayıb. Bugünlərdə Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılardan tələb edib ki, onlar Dağlıq Qarabağ və erməni toponimlərindən istifadə etməsinlər. Bununla yanaşı, Azərbaycan tərəfinin Laçın dəhlizini bağlamaq niyyətini görürük. Bu koridor Qarabağın erməni əhalisi üçün humanitar əhəmiyyətli yeganə yoldur".
Bəli, rəsmi İrəvan Azərbaycanın daxili işlərinə burun soxmağa davam edir. Bu arada Qarabağdakı separatçılar sülhməramlı komandanı Andrey Volkovla görüşdükləri barədə məlumat yayıblar. Volkov bildirib ki, Laçın dəhlizinin girişində heç bir nəzarət buraxılış məntəqəsi (NBM) olmayacaq. Orada sülhməramlı fəaliyyətini asanlaşdıran texniki nəzarət vasitələri quraşdırılacaq, vəssalam.
Açığı, son günlər Azərbaycan əhalisi Laçın koridorunun qapadılması və ya orada Azərbaycan postunun qurulmasına ümid edir, amma bunun baş verəcəyinə çox da inanmırdı. Sözün düzü, tarixi bir kənara qoyub indiki reallıqları analiz edəndə heç Laçın və Zəngəzur dəhlizlərini eyniləşdirmək doğru çıxmır. Çünki Qərbi Zəngəzur hazırda Ermənistanın Syunik bölgəsidir və oradan keçən dəhliz Azərbaycan-Ermənistan-Azərbaycan (Naxçıvan MR) marşrutundadır. Azərbaycan ərazisi olan Laçın koridoru isə Ermənistanla Azərbaycanın – Qarabağ İqtisadi Rayonunun erməni əhalisi arasında əlaqə yaradır. İstər üçtərəfli bəyanat (10 noyabr 2020), istərsə də beynəlxalq hüquqla Azərbaycanın Laçın dəhlizində gömrük məntəqəsi açmaq hüququ var. Heç koridoru rus sülhməramlılarının istifadəsinə verən üçtərəfli bəyanat da Azərbaycanın Laçın dəhlizində NBM qurmasını qadağan etmir. Əsas odur ki, nəzarət buraxılış məntəqəsi qurulandan sonra sülhməramlıların Xankəndiyə daşıdığı yüklər yoxlanılsın.
Mövzu ilə hazırda bağlılığı olmasa da, qeyd edək ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov siyasətə aid olmayan əsər yazır. Hə də, siyasətindən bir şey çıxmadı.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçü

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun1-də Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcəyeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Həmin gün AzərbaycanRespublikasını

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Paşinyan və Pezeşkian bir arada - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Görüş zamanı Pezeşkian İran İslam Respublikasının mürəkkəb şəraitdə Ermənsta

Teymur Kərimov vəfat etdi

Azərbaycan elminə ağır itki baş verib. xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Teymur Cəla

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfi

Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin dəmir yollarının yalnız milli maraqlara xidmət etməli olduğu ilə bağlı açıqlaması İrəvan-Moskva münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bə

Ərdoğan Meloni ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb. xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Məlumata görə

Səfər proqramı açıqlandı: Tramp min nəfərlə Türkiyəyə gəlir

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 7-də Ankaraya səfər edəcək. Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Amerika liderini müşayiət edəcək təxminən 100 nəfərli


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler dunya xeberleri maliyye xeberler bugun son xeberler 2026