Laçın dəhlizi yoxdursa, deməli, Zəngəzur dəhlizi də olmamalıdır? - AÇIQLAMA

Laçın dəhlizi yoxdursa, deməli, Zəngəzur dəhlizi də olmamalıdır? - AÇIQLAMA"Hazırda Azərbaycandan Naxçıvana gedən yolla bağlı hər hansı bir problemi yoxdur. Nəqliyyat dəhlizləri baxımından Azərbaycan ən əlverişli coğrafiyada yerləşir və ölkəmizin ərazisindən bir neçə nəqliyyat dəhlizinin önəmli marşrutu keçir. Zəngəzur dəhlizinin reallaşıb-reallaşmayacağı Azərbaycan üçün fundamental məsələ deyil".
KONKRET.azxəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O, Zəngəzur dəhlizinə nəzarətlə bağlı son günlər İrəvan və Moskva arasında yaranmış gərgin vəziyyəti şərh edib:
"Əgər Zəngəzur dəhlizi reallaşmayacaqsa, deməli, regionda kommunikasiyalar açılmayacaq. Bundan ziyan çəkən yenə də Ermənistan olacaq. İndiki şəraitdə İrəvanın bütün manevrlərinin təməlində dayanan məsələ kommunikasiyaların Ermənistanın öhdəliyini yerinə yetirmədən açılmasıdır.
10 noyabr bəyanatının 3 iştirakçısı var. Lakin bu məsələlərdə məsuliyyət daha çox Ermənistanın üzərinə düşür. Ermənistan reallıqların dəyişdiyini əsas gətirərək, yəni Laçın yolunun artıq heç bir əhəmiyyət daşımadığını vurğulayaraq, paralel şəkildə kommunikasiyaların açılması məsələsini eyniləşdirməyə çalışır. Onların fikrincə, əgər Laçın dəhlizi yoxdursa, deməli, Zəngəzur dəhlizi də yoxdur".
E. Mirzəbəyli əlavə edib ki, Laçın yolu ilə Zəngəzur dəhlizinin eyniləşdirilməsi indiki şəraitdə absurddur:
"Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın öhdəlikləri mövcuddur. Kreml bu öhdəliyin yerinə yetirilməsi məsələsinə cəhd göstərməlidir. Bu indiki şəraitdə Rusiyanın nüfuz məsələsidir. Cənubi Qafqazdakı nüfuzunun yerlə bir olmaması üçün o, Zəngəzur dəhlizi məsələsinə Ermənistana güzəştdə getməyəcək.
Ermənistan təhlükəsizliyinin təmin olunması məsələsini gündəmə gətirir. O, Ermənistanla Rusiya arasında imzalanmış sənədlərə əsasən həyata keçirilir. Dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidir. Amma Ermənistanın məqsədi Rusiya ilə bağlı bütün öhdəliklərdən imtina etməkdir".
Siyasi şərhçi qeyd edib: "Cənubi Qafqaz beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin kəsişdiyi nöqtədir. Supergüclər bölgədə sabitliyin qorunub saxlanılmasında maraqlıdır. O ki qaldı Azərbaycanın qazanclarına, ölkəmiz bütün hallarda qazanır. Bakı artıq özünün nəqliyyat dəhlizi problemlərinin hamısını həll edib. İndiki şərtlər çərçivəsində Ermənistanın Zəngəzur dəhlizini reallaşdırmaması o deməkdir ki, İrəvan daha ağır şərtlər çərçivəsində dəhlizin reallaşmasına razı olacaq".

Siyasi       Tarix: 11 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber.az novruz bayramı idman xeberleri hava