Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?

Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?Erməni mediası Laçında Həkəri çayı istiqamətində Azərbaycanın irəliləmək istədiyini iddia edib. Diqqətçəkən məqam isə hazırda Azərbaycan–Ermənistan sərhədində sülh şəraitinin hakim olması və delimitasiya prosesinin davam etməsidir.
Sülh gündəliyinin ön planda olduğu bir vaxtda belə iddiaların ortaya atılmasının səbəbi nədir?
KONKRET.azxəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Həkəri–Laçın istiqaməti strateji baxımdan son dərəcə həssas ərazidir:
"Azərbaycan burada öz təhlükəsizliyini təmin etmək, sərhəd mövqelərini möhkəmləndirmək və infrastrukturunu inkişaf etdirmək hüququna malikdir. Amma bunu Ermənistan ərazisinə doğru "irəliləyiş" kimi təqdim etmək siyasi interpretasiyadır.
Hesab edirəm ki, burada informasiya müharibəsinin elementləri daha çox görünür. Məqsəd Azərbaycanı "hərbi təhlükə mənbəyi" kimi təqdim etmək, Ermənistan cəmiyyətində müharibə qorxusunu diri saxlamaq və sülh prosesinə qarşı skeptik yanaşmaları gücləndirməkdir.
Eyni zamanda, Ermənistanın daxili siyasi faktorunu da nəzərə almaq lazımdır. Sülh gündəliyi dərinləşdikcə Ermənistan cəmiyyətində "Azərbaycan təhlükəsi" üzərindən siyasət aparan qüvvələrin manevr imkanları müəyyən qədər məhdudlaşır. Ona görə də belə informasiya kampaniyalarının daxili siyasi motivləri də olmamış deyil. Ermənistan mediasının belə xəbərləri yayması bir neçə məqsədə xidmət edə bilər: daxili ictimai rəyi səfərbər etmək, Azərbaycanı sülh prosesini pozan tərəf kimi göstərmək və delimitasiya prosesində İrəvanın mövqeyini gücləndirmək".
A.İsayevin fikrincə, sərhəddə hərəkətlilik müşahidə olunursa, onun mahiyyəti aydın şəkildə izah edilməli və faktla manipulyasiya bir-birindən ayrılmalıdır:
"Çox mühüm bir sual ortaya çıxır: Azərbaycanla Ermənistan sülh sazişinin həyata keçirilməsi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində danışıqlar apararkən, niyə Azərbaycanı yeni əməliyyata hazırlaşan tərəf kimi göstərmək cəhdi edilir?
Bu sualın cavabı, məncə, Həkəri məsələsinin özündən daha əhəmiyyətlidir. Sülh prosesinin ən həssas mərhələsində tərəflər yalnız sərhəddə deyil, informasiya məkanında da rəqabət aparırlar. Həkəri ətrafında yayılan son iddialara məhz bu prizmadan yanaşmaq daha doğru olar".

Siyasi       Tarix: 07 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeber xeberler azerbaycan son xabar