Laçın YOLUNUN bağlanması Zəngəzur DƏHLİZİNİN açılmasıdır? - ŞƏRH

Laçın YOLUNUN bağlanması Zəngəzur DƏHLİZİNİN açılmasıdır? - ŞƏRHFransa heç bir şərt olmadan Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini bərpa etməyə çağırır.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Azərbaycan Laçın dəhlizi ilə iki istiqamətdə insanların, nəqliyyatın və yüklərin daşınmasının təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb".
Bəli, Azərbaycan deməyib ki, "Laçın dəhlizini sülhməramlı və separatçılara hədiyyə etmişik". Yaxud istifadəsinə icazə verilən koridorla qondarma rejimə silah daşınsın. Fransa XİN götürsün bu bəyanatını qatlasın və soxsun lazımsız sənədlərin və erməni lobbisinin pullarının yığıldığı daxıla. Ondansa, Kremlin sülhməramlı mandatını tənqid etsin, çünki rus missiya Azərbaycanın ekomonitorinqlərinə əngəl törədir. Paris belə sərsəm bəyanatlardansa, separatçı Arayiki "prezident" kimi təqdim edən "France24″ü cərimələsin. Yəni Fransa və Ermənistanın cicibacılığı artıq lezbiyanlıq təsiri bağışlayır. Ermənistan parlamenti Laçın dəhlizinin bağlanması məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək. İclasda mövcud vəziyyətlə bağlı bəyanat qəbul olunacaq. Sanki bu ermənilər "fırt eləyib Makronun burnundan düşüblər". Görünən odur ki, həm də əl-ayağa düşüblər. Di gəl ki, rusun hələ səsi çıxmır. Bircə Peskov bildirib ki, Ermənistanla Azərbaycan liderlərinin Moskva görüşü razılaşdırılmayıb. Volkovun neçə gündür ki, azərbaycanlı etirazçıların önünə çıxmaması fonunda Moskva görüşü barədə proqnoz vermək qəlizdir. Halbuki sözügedən görüşün dekabrın sonlarında baş tutacağı iddia olunurdu. Hər halda dekabr hələ bitməyib.
Bu arada separatçı ermənilərin özlərini dünyaya yazıq kimi göstərməyi davam edir. Qondarma rejimin "informasiya qərargah"ı belə bir məlumat yayıb:
"Azərbaycanın qaz təchizatını və "arsax"ı Ermənistanla birləşdirən yolu bağlaması nəticəsində benzin, dizel yanacağı, maye qaz qıtlığı yarandı. Yanacaq böhranının qarşısını almaq üçün iş adamları ilə iqtisadi rejimə keçmək barədə razılıq əldə olunub. Yanacaqdoldurma məntəqəsində yanacaq ilk növbədə təcili xidmət, ictimai nəqliyyat və xüsusi xidmət orqanlarına veriləcək. Əhaliyə yanacağın verilməsi mexanizmləri və prosedurları barədə əlavə məlumat yayılacaq. Sakinlərdən yanacağa qənaət etmələri və nəqliyyat vasitələrindən yalnız son dərəcə zəruri hallarda istifadə etmələri tövsiyə olunur".
Son dərəcə zəruri hal deyəndə, yəqin ki, separatçılar II Qarabağ savaşındakı kimi Laçın dəhlizi ilə Ermənistana qaçmağı nəzərdə tutublar. Sülhməramlılar isə Qarabağa köçürtdüyü "türemşik" və "eskortlar"ı Ermənistana qaytarmaq istəmirlər. Lakin onların da içində "rus vicdanını" bir qarış ötmüş insanflı hərbçilər var. Elə azərbaycanlı etirazçıya "inşallah Qarabağ Azərbaycandır" deyən sülhməramlı da örnəkdir.
Bundan başqa, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyevin görüşdəki çıxışından bir hissəni təqdim edirik:
"Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq".
Bir sözlə, Laçın dəhlizi ermənilərin üzünə bağlansa da, açıq qalsa da, Zəngəzur dəhlizi reallaşacaq. Koridorların eyniləşdirilməsi düzgün deyil. Laçın dəhlizinin bağlanma xəbərdarlıqları sülhməramlı özbaşınalıqları və Xankəndidəki qondarma rejiminin mövcudluğuna son qoymaq xarakteri daşıyır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 15 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son dəqiqə xəbər.az xeber.az son xeberler