Laçına 'Böyük Köç' Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMA

Laçına 'Böyük Köç' Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən qurulan Laçın rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Noyabrın 16-da Laçının Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
Böyük köçdən dərhal sonra yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr sevinc göz yaşlarını saxlaya bilməyiblər.
Bəs işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış, xüsusən də Laçına köç karvanının çatması Azərbaycan iqtisadiyyatına hansı töhfələri verəcək?
Milli Məclisinin deputatı Vüqar Bayramov azxeber.com-a Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanının çatmasını belə şərh edib:
 Laçına 'Böyük Köç' Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMA"Laçın Azərbaycanın üçün strateji əhəmiyyət daşıyan bölgələrindəndir. Bu kontekstdən çıxış edərək deyə bilərəm ki, Laçında məskunlaşmanın intensivləşməsi çox sevindirici haldır. Eyni zamanda Laçın iqtisadi baxımdan vacib rayonlarımızdan biridir. Yalnız aqrar deyil, sənaye və xidmət sektorunda da böyük potensiala malik olan rayonlarımızdandır".
Laçının yerli və xarici investisiyalar üçün cəlbedici olacağını deyən deputat xidmət və turizm sektorunda da üstünlüyə sahib olduğunu bildirib:
"Laçın yerli və xarici investisiyalar üçün cəlbedici olacaq. Laçın xüsusən də turizm və xidmət sektorunda böyük üstünlüklərə sahib rayonlarımızdandır. Laçın Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına da xüsusi töhvə verəcək. O cümlədən heyvandarlıq məhsullarının istehsalına töhvəsinin yüksək olacağı da gözlənilir. 
Laçında məskunlaşma strateji baxımdan da vacibdir. Eyni zamanda, bu bütövlükdə bölgənin iqtisadiyyatının formalaşması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası aspektindın də çox önəmlidir. Bütün bunlar ondan xəbər verir ki, biz qısa zamanda daha çox vətəndaşımızın Laçında məskunlaşmasını və Laçının Azərbaycan iqtisadiyyatına daha çox töhvə verməsini müşahidə edəcəyik".
Məsələ ilə əlaqədar azxeber.com-a danışan politoloq Yeganə Hacıyeva Laçın dəhlizi ətrafında Azərbaycan əhalisinin işğaldan azad olunmuş rayonlara yerləşdirilməsini "Böyük qayıdış" strategiyasının bir hissəsi adlandırıb:
Laçına 'Böyük Köç' Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMA"Laçına yerləşmə Ermənistan sərhəddində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın quruculuq strategiyasının bir hissəsi kimi həyata keçirilir. Laçının vacib strateji məkanlardan olması, Ermənistan-Azərbaycan sərhəddi və Asiya-Avropa daşınmalarında böyük rol oynayan Laçın dəhlizi ətrafında Azərbaycan əhalisinin yerləşməsi "Böyük qayıdış" strategiyasının bir hissəsi kimi uğurla həyata keçirilir.
Azərbaycan Ermənistanla sərhəddə aktiv şəkildə Laçın rayonunun dirçəldilməsi fəaliyyətini göstərir. Bu hal da Ermənistan və havadarları tərəfindən qıcıqla qarşılanır. Bununla yanaşı bu onları məmnun etmir". 
""Böyük qayıdış" və işğaldan azad olunmuş regionlarda məskunlaşma Ermənistanda əhalinin hakim dairələrə olan fikrinə də təsir göstərir" - deyən politoloq onların bizim torpaqlara heç bir bağlılıqlarının olmadığını  qeyd edib:
"Ermənilər bu gün üçün "30 il ərzində Ermənistan hökuməti Laçında nə edib?" sualı ilə Azərbaycanın 3-4 aya etdiklərini müqayisə edirlər. Deyə bilərəm ki, bunun ermənilər üçün bir əhəmiyyəti yoxdur. Çünki onların o torpaqlara heç bir bağlılıqları yoxdur. Bizim üçün o torpaqların maddi və mənəvi dəyinin əvəzsiz olduğu üçün Laçında aparılan yenidənqurma işləri vacib faktordur.
İşğaldan azad edilmiş rayonların həmçinin Laçının dirçəldilməsi sülh və stabillik platforması elan edilməsinin bir hissəsidir. Yekun olaraq onu da qeyd edim ki,  Azərbaycanda, işğaldan azad olunmuş ərazilərimizdə  siyasi-iqtisadi və təhlükəsizlik baxımından strateji quruculuq işləri davam etdiriləcək".
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Laçına 'Böyük Köç' Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMA

Siyasi       Tarix: 19 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri valyuta mezenesi xeberler azerbaycan valyuta mezennesi banklar