Latviyada SSRİ-yə aid abidə SÖKÜLDÜ
Latviyanın şərqindəki Rezekne şəhərində sovet əsgərlərinin xatirəsinə ucaldılmış "Alyoşa" kimi tanınan abidə sökülüb.
KONKRET.az xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.
"Çərşənbə günü səhər saat 5-də sovet əsgərlərinə aid abidənin sökülməsi üzrə işlərə başlanılıb", – nəşr yazıb.
Rezekne şəhərinin meri Aleksandr Bartaşeviç bildirib ki, "Alyoşa"nın sökülməsi qərarını vətəndaşların əksəriyyəti dəstəkləmir.
Məlumata görə, Latviyada noyabrın 15-dək sovet dövrünün bütün abidələri söküləcək.
İyulun 14-də respublikanın Nazirlər Kabineti 69 belə memorialın sökülməsinə icazə verib.
Qeyd edək ki, abidə 1976-cı ildə latviyalı heykəltəraşlar Otto Kaleis, Ojars Silins və memar Elmar Salquss tərəfindən ucaldılıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü