Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə, Brüssel Bələdiyyə Şurası daha əvvəl hər il yenilənən qadağanın bu dəfə 4 il müddətinə tətbiq olunmasına qərar verib.
Qadağa Brüsselin piyada zonasında, eləcə də şəhər mərkəzindəki bəzi küçə və meydanlarda qüvvədədir.
Günün 24 saatı tətbiq olunan qadağa restoran və barların terraslarına, həmçinin bələdiyyənin icazə verdiyi və ya təşkil etdiyi kommersiya, əyləncə və idman tədbirlərinə şamil olunmur.
Qadağanı pozan şəxslər 500 avroyadək inzibati cərimə oluna bilərlər.
Gülay

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı