Lavrov: "Qarabağdakı münaqişənin həlli üçün formatın seçimini Azərbaycan və Ermənistan müəyyən etdi" - VİDEO

Lavrov: "Qarabağdakı münaqişənin həlli üçün formatın seçimini Azərbaycan və Ermənistan müəyyən etdi" - VİDEOLavrov: "Qarabağdakı münaqişənin həlli üçün formatın seçimini Azərbaycan və Ermənistan müəyyən etdi" - VİDEO
Qarabağ münaqişənin həlli üçün formatı Azərbaycan və Ermənistan müəyyən etdi, üçtərəfli bəyanatın iştirakçılarının tərkibi məhz bu amilə əsaslanıb.
"RİA Novosti" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov İran KİV-nə açıqlamasında bildirib.
"İndi tənzimləməyə kimin kömək edə bildiyini və ya bilmədiyini düşünməməliyik. Yenidən vurğulayım ki, formatı Azərbaycan və Ermənistan seçib. Bəyanatda iştirak edənlərin tərkibini müəyyənləşdirən başqa bir şey olmayıb. Bunu İranın və ya Türkiyənin hesabına etmək cəhdləri olmayıb, ola da bilməzdi. İndi əldə edilən bütün razılaşmaları sona çatdıra bilmək və qarşıdurma bölgəsində birlikdə yaşamaq, ən yaxşısı isə yaxşı qonşuluq və işbirliyinə necə çevirəcəyimizi düşünmək daha vacibdir", - deyə rusiyalı nazir İranın sülh planına niyə əhəmiyyət verilmədiyi sualına aydınlıq gətirib.
"Dağlıq Qarabağ məsələsində bizi qan tökülməsinə son qoymaq istəyi hərəkətləndirdi. Münaqişə tərəfləri - Azərbaycan və Ermənistan - Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdilər. Heç bir "gizlin" düşüncə yoxdur. Yeri gəlmişkən, Rusiya Xarici İşlər naziri vəzifəsində işlədiyim dövrdə iranlı həmkarlarımızla çoxsaylı danışıqlar zamanı Qarabağ mövzusunun maraq doğurduğu xatırlamıram", - Lavrov əlavə edib.
O, İranın narahatlığının başa düşülə biləcəyini qeyd etdi, çünki Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək.
"Uzun illərdir hamı tərəfindən təsdiqlənən əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır. Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin birgə bəyanatında İranın təşəbbüsünü ehtiva edən əsas istiqamətlər də açıq şəkildə ifadə edilib", - deyə o, bildirib.

/oxu.az

Siyasi       Tarix: 12 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun cəbhədən son xeber xeberler bu gun sonxabar