Lavrovun idarəsindən Bakıya qarşı 1 həftədə İKİ HƏYASIZLIQ
"Azərbaycanlı tərəfdaşlarımızın diqqətini ötən il 30 iyun – 1 iyul tarixləri arasında Bakıda saxlanılan Rusiya vətəndaşlarının vaxtından əvvəl azadlığa buraxılması və vətənlərinə qaytarılmasının zəruriliyinə cəlb edirik".
KONKRET.az xəbər verir ki, bu sözləri fevralın 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib.
"Biz, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı informasiya bazasını təkmilləşdirməyi təcili hesab edirik. Və əlbəttə ki, bu, daha məhsuldar dialoqa kömək edərdi", – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb.
Zaxarova təxminən bir həftə əvvəl , fevralın 18-də 11 Rusiya vətəndaşının həbsi ilə bağlı eyni məzmunda fikirlər səsləndirmişdi.
Qeyd edək ki, az öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin eyni mövqeyi ifadə eləmişdi. Rusiya rəsmiləri az qala, hər həftə Bakıya bu tələb-çağırışı edir. Hətta rəsmi Moskva bunu münasibətlərin yaxşılaşması üçün prioritet şərt kimi irəli sürür.
Rusiya təyyarəni vurmaqla 38 nəfərin ölümünə səbəb olub. 38 həyatı geri qaytarmaq mümkün deyil. Amma vurulan zərəri ödəmək Rusiyanın borcudur. Ancaq Moskva tələbimizi yerinə yetirmək əvəzinə, həyasızcasına 11 rusiyalını tələb edir.
Bakıdan jest gözləyən Kreml özünün qondarma cinayət işi ilə Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinskini 23 və onunla birlikdə həbs olunan Səfərov qardaşlarından Aqifi 23, Ayazı 22, Kamalı 18, Bəki və Məzahiri isə 13 il müddətinə həbs cəzasına məhkum edəcəyi gözlənilir. Bundan başqa Şucayəddin Rəcəbov üçün 15 il həbs cəzası istənilib.
Xatırladaq ki, Bakıda saxlanılan rusiyalılar Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılıb.Musavat.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq