Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?

Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?Simic Ağa Musa...
Tərifi milçək vızıltısı kimi hiss edən, məddahlığı səmimilikdənayıra bilən bir adam düşünün. İşığın altında adama baxır, onun ruhunun bütüntomoqrafiyasını beynində çözür.
Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?Milyonu var, amma şan-şöhrət onun zərrə qədər də eynini açmır, özüağırlığında qızılı var, amma qızıl taxanda diksinir, qorxur.
Söhbət saman satanın oğlu Musa Nağıyevdən gedir. Ya da, birçoxlarının dediyi kimi – Ağa Musa Nağıyevdən.
Ağa Musa Nağıyev simicliyi ilə dillərə əzbəri olsa da, onunhaqlı olduğu bir məqam var. Bu məqam günümüzdə də, elə gələcəkdə də insan xislətinifaş edən ən önəmli detallardan biridir. Əgər pulunu verib özünü yağ-bal içindətəriflədirsənsə, zaman gələcək o tərif sənin sonuncu eşitdiyin ən gözəl sözolacaq.
Məgər, adam da özünü pulnan təriflədər? Məgər, adam da puluncuşuna gəlib ambisiyaları ilə çatanın gözünü deşər? Məgər, adam da xeyriyyəçikimi görünüb, "pensiyaya" çıxacam yalanları ilə siyasi iddiasını bu qədər açıqşəkildə hayqırar? Məgər, adam da Əfqanıstanda xidmət etmişəm deyərkən birdüşünməz ki, aşpaz olduğu ortaya çıxacaq? Məgər, adam da öz xalqına AST Telmanagörə "bədbəxt" deyər?
Sonuncu lap ağır oldu deyilmi? Elə buradan başlayaq.
Palmali partiyasının funksiyonerləri
Mübariz Mənsimov gəmiçi adamdır. Allah var, pis gəmiçi dəsayılmaz. Amma gəmiçi xislətini unudub, özünü cəza verən kimi, siyasi partiyanınrəhbəri kimi, kəndirbaz kimi aparırsa deməli bir şeylər səhv gedir. Ya adamın gəmisində,ya da beynində.
Sonuncu müsahibəsini "Kurtlar Vadisi"nin məşhur musiqisininsədaları altında verən gəmiçi bir sıra məqamlara toxunur. Həbsinin siyasi sifarişolduğunu iddia edir.
Cavablandırdığı suallardan biri də Fətullah Gülənlə bağlıolur. Sən demə, Fətullah Gülənlə Pensilvaniyada görüşərkən ona qəzəblənib və onudanlayaraq otağını tərk edib.
Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?Sizcə, Fətullahın qılıncının dalı və qabağı kəsən vaxtlarda biriş adamı Pensilvaniyaya qədər gedib onun otağında ağzından çıxanı deyib yanındançıxa bilərdi? Türkiyə kimi bir NATO ölkəsində xısın-xısın paralel yapılanma qurabilən, sinir mərkəzlərinə qədər sızan bir terror təşkilatı onu məzənnət edən gəmiçinibağışlayar?
Bu işdə bir hikmət yoxmu? Bir düşünək, adam Əfqanıstanda hərbixidmətdə şücaət göstərmişəm deyir. Sonra Müdafiə Nazirliyinin arxiv sənədlərindənonun hərbi xidmət dönəmində aşpaz kimi çalışdığı ortaya çıxır.
İndi qarşı tərəfdən dəqiqləşdirmək imkanımız yoxdursa, həryalanı danışmaq olarmı? 
Mənsimovun "İplikçi Nedimi"
Müsahibənin ən önəmli yerlərindən biri onun "Ast Telman"labağlı dedikləridir: "AST Telman müflis olanda elə sevinirdilər ki... Öz-özümədedim, nə qədər yazığıq, nə qədər bədbəxt millətik, içimizdən birini yox edirlərvə biz buna sevinirik".
Mənsimovun Telmana görə bədbəxt adlandırdığı xalqın bir açıqlamasıvar. Məgər, Telman ad gününə milyonlar verib Cenifer Lopezi çağıranda,pullarını Rihannanın başı üstündə səpələyəndə, kasıbın gözünə soxa-soxayaşayanda hansı xalqı düşünürdü?
Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?Telmanı Azərbaycan xalqına adından başqa hansı detal bağlayır?Adamın ölkəmiz üçün gördüyü hansı işi nümunə kimi çəkmək olar? Bəlkə, kəndyollarını düzəltdirib, uşaqlar üçün məktəb tikdirib, xəstəxanalar inşa etdirib,ya da bir şəhid ailəsi üçün ümid olub? Niyə, Telmana görə xalq "bədbəxt"olmalıdır?
Birdə ki, heç vaxt AST Telmanın adını ağzına almayan adam,birdən birə kimlərdən dəstək ummağa başlayır?
Laz Ziyayla Mənsimovun ortaq gəmisi...
Müsahibənin Kurtlar Vadisi hissəsindən söz düşmüşkən, gəmiçininprototipinə toxunmamaq olmaz.
Laz Ziya obrazını kim xatırlamaz ki? Silah qaçaqçısı, birayağı axsaq gəmiçi. Əsəbləşəndə gözləri bəbəyindən çıxan, "Orhaaan" deyə qışqırandaşəkəri birdən beşə dırmanan, Asiyə türküsünün sədaları altında kövrələn köhnəqurd.
Laz Ziya haqqında hamının, baronundan avtoritetinə qədər dediyioxşar rəy vardı: "Laz Ziya gəmiçi adamdır, yükü ağır olan kimi yanındakıadamlarını ilk limanda tərk edib, yoluna davam edər".
Mübariz Mənsimov məhz Laz Ziya kimidir. Zamanında onunlaeyni gəmidə olanları bir-bir aşağı düşürdür, istədiyi zaman xalqın nəbzi iləoynamağa çalışır.
Laz Ziyayla Mənsimovun ortaq gəmisi, ortaq xisləti – İlk kimin qələmini qıracaqlar?Şəhid ailələri ilə sıx əlaqələr qurur, şəhidlərin adlarınıöz gəmilərinə verdirir, dizini yerə qoyub şəhid anasının əlini öpür və bunlarınhər birini lentə aldırır. Belə önəmli işlərlə məşğul olan Mənsimov bu qədərdiqqətdə olan ərəfədə qalmaqallı müsahibə vermək qərarına gəlir. Öz siyasiambisiyasını bir daha ortaya qoyur. "Palmali partiyası"nın funksionerlərini genişləndirir, özünə müsbət rəy yaradır.
Elə Laz Ziya kimi.
İndi Mənsimovun dənizi bir az dalğalıdır. Dalğa dinən kimi,günəş çıxan kimi gəmisindən ilk düşürəcəyi Telmana görə "bədbəxt" dedikləri olacaq. Buna şübhəniz olmasın.
Altay Qorxmaz

Sosial       Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cebheden xeberler novruz bayramı xeber