"Le Monde": "Avstriya Almaniyaya yad olduğu kimi Ukrayna da Rusiyaya yaddır" - ARAŞDIRMA

Vladimir Putinin fevralın 21-də televiziya ilə çıxışı zamanı Ukrayna ilə bağlı siyasətinə haqq qazandırmaq üçün söylədiklərinin əksinə olaraq, Ukrayna ilə Rusiya arasında parçalanma çoxdan baş verib. Və bunun Putin dediyi kimi SSRİ-nin yaradılması ilə heç bir əlaqəsi yoxdur.
Rusiya Prezidenti televiziya ilə məlum çıxışında Ukrayna ilə bağlı siyasətinə haqq qazandırdı. O, bu dövlətin legitimliyinə və orada ayrıca bir millətin mövcudluğuna kəskin etiraz etdi.
"Uzun müddət qədim Rusiyanın cənub-qərbindəki tarixi torpaqlarının sakinləri özlərini rus adlandırırdılar". "Müasir Ukraynanı bolşevik Rusiyası yaradıb". "Çünki Lenin oktyabr inqilabından sonra Ukraynada meydana çıxan millətçilərə güzəştə getdi".
Putinə görə, "beləcə inzibati vahidlərə əvvəllər heç vaxt mövcud olmayan milli dövlət quruluşlarının statusu və forması verildi. Bu Leninin səhvi idi". Qəribə burasıdır ki, təkcə Putin deyil, bir çox tarixçilər belə düşünür.
Prezident Putinin fikrincə, indi SSRİ-nin bu və digər səhvlərinin düzəlişi gedir. Əlbəttə ki, Putinin bu təhlil kökündən səhvdir. Tarixə aid əsərlərdə bəzən ilk "rus" dövləti hesab edilən "Kiyev Rus"unun adı çəkilir. Bunu Fransa tarixində ilk padşahların – Klovi və Böyük Karlı adlandırılması ilə müqayisə etmək olar. Lakin onlar özlərini frank adlandırırdılar.
Rus qədim adı daha sonralar Kiyev Knyazlığı ilə ifadə edildi (XIII əsrdə monqol istilası nəticəsində xəritədən silinib). Kiyev knyazlığı slavyan və german, eləcə də fin-uqor xalqlarının birgə yaşadığı çoxmillətli və multikultural ərazini əhatə edirdi.
Təxminən 1115-ci ildə Kiyev monastırında tərtib edilmiş Nestorun salnaməsi slavyan dilində, yəni Kiril və Methodiusun İncili tərcümə etdiyi dildə yazılmışdır. Əslində Rusiya dövləti yalnız XV-XVI əsrlərdə məkrli Muskovi ətrafında formalaşmışdır. Onun dili ukrayna və belarus dillərindən fərqlənirdi. Baxmayaraq ki, ortaq bir matrisə – bütün Şərqi slavyanlar üçün ümumi olan qədim rus "proto-dili" 11-12-ci əsrlərin yazılı mənbələri tərəfindən təsdiqlənir.
Müasir dövrdə Ukrayna Polşa-Litvanın təsir dairəsinə düşdü (bu, sivil Roma ilə ittifaqa girən Ukrayna Yunan Katolik Kilsəsinin, qondarma Uniatesin yaranmasına səbəb oldu). Ukrayna ərazisində bir neçə dövlət birləşmələri, xüsusən 17-ci əsrdə Kazak Hetmanlığı (bu, 1863-cü ildə Polşa himninin açıq əks-sədaları ilə yazılmış "Ukrayna ölməmiş" milli himni ilə xatırlanır) mövcud idi.
Yalnız növbəti əsrdə Ukraynanı öz imperiyasının bir hissəsi edən və onun adını Novorossiya qoyan II Yekaterinanın dövründə baş verdi. (Əslində Novorossiya indiki Ukraynanın XVIII əsrdə Osmanlılardan Rusiya tərəfindən fəth edilən və rusların məskunlaşdığı cənub və şərq bölgələrinə verilən ad idi. "Vəhşi çöl" ərazisində ukraynalılar yox idi). Ancaq çarizm dövründə də ukraynalılar artıq müstəqil, ayrı bir xalqa çevrildi. Baxmayaraq ki, Ukrayna sözü onların torpaqlarını təyin etmək üçün istifadə edilmirdi. (Buna Puşkinin 1828-ci ildə yazdığı "Sakit Ukrayna gecəsi" misrasını xatırlatmaq olar).
1896-cı ildə yazılmış 41-ci cilddə Brocxaus və Efron ensiklopedik lüğətini yenidən oxumaq kifayətdir: "Kiçik ruslar və ya cənubun rusları beloruslardan 4 dəfə çox, Böyük Ruslardan isə 2 -3 dəfə az olan üç rus millətindən biridir". Beləliklə, onları rəsmi dildə təyin etmək üçün istifadə edilən nəzakətli etnonimlər: qərbdə "Belaruslar" (və ya Ağ Ruslar) və cənub-qərbdə "Kiçik Ruslar" (ukraynalıların kimliyini qorumaq üçün kifayət edir).
1897-ci ildə imperiya əhalisinin ümumi siyahıyaalınması zamanı kiçik ruslar ayrıca bir qrup olaraq qeyd edilirdi. Rusiya imperiyasının əhalisinin 17,8%-ni təşkil edən 22,3 milyon insan "Kiçik ruslar" sayıldı. Onlar əcnəbi hesab edilmirdilər və sadəcə assimilyasiyaya gedirdilər. Ancaq ruslardan tamamilə ayrı olan bu xalqa, fransız mənbələrinə görə, çox laqeyd yanaşırdılar.
O zaman Ukraynalılar qafqazlılar və tatarlar kimi Böyük Rus icmasına qoşulmaq təklif edildi. Təəccüblü deyil ki, rus zülmkarlarını belaruslar moskvalılar, ukraynalılar isə tatarlar kimi "katsaplar" adlandırırdılar. Görünür, bu xalqlar arasında parçalanma SSRİ-dən çox əvvəl baş verib.
1917-ci il fevral inqilabı zamanı Ukrayna müstəqil oldu və 1920-ci ilə qədər belə qaldı. Yalnız bu xalqın (eləcə də Qafqaz xalqlarının) yeni SSRİ adı ilə Rusiyaya qayıtmasına haqq qazandırmaq üçün Lenin yeni milli siyasət apardı. Halbuki, bu siyasət Putin tərəfindən çiddi şəkildə tənqid olunur.
O zaman, yeni bir imperiya yaradan Lenin sözdə müttəfiq respublikalar yaratmaqla "Böyük rus şovinizmi"nin yadelli xalqlara tətbiq etdiyi müstəmləkəçi siyasətinə son qoymağa çağırdı. 1922-ci il dekabrın 30-da Rusiya, Belarus, Ukrayna və Qafqazı birləşdirən müqavilə əsasında SSRİ yarandı.
Yada salaq ki, 1945-ci ildən isə Ukrayna BMT-nin tamhüquqlu üzvüdür. Onun tam müstəqilliyi 1992-ci ildə tanındı (və sonra o, öz ərazisində yerləşən nüvə arsenalından imtina edərək azad bir dövlət olmağı öhdəsinə götürdü). Beləcə, tarixdən bildiyimiz kimi, Avstriya hər zaman Almaniyaya yad olduğu kimi Ukrayna da Rusiyaya yaddır.
"Le Monde", Fransa. 13 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 14 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeberler az butun xeberler cəbhədən ən son xəbərlər