Lənkaranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı
Lənkaranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı
Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini O.Sadıxov saxlanılıb.
Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə O.Sadıxova narkotik vasitəni satan şəxsin Lənkəran rayonu Liman şəhər sakini N.Həsənli olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
N.Həsənlinin üzərindən 1 büküm narkotik vasitə heroin, yaşadığı evin arxasındakı bağ ərazisində isə kultivasiya yolu ilə yetişdirilmiş 124 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR