Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLAR

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLARAprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər. 
azxeber.com xəbər verir ki, infoturun əsas məqsədi peşə təhsili sahəsində həyata keçirilən islahatlar, regionlarda müasir peşə tədrisi imkanları və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanışlığın təmin edilməsidir.
İnfotur iştirakçıları əvvəlcə mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə tanış olublar. İnfotur iştirakçılarına məlumat verilib ki, müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. 
İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunmuş master-klasslar izlənilib. Bu çərçivədə bitkiçilik (istixana şəraitində təlim), açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib. 
İştirakçılar tədris prosesinin praktiki yönümlülüyü, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilinin müasir yanaşmalar əsasında təşkili ilə yerində tanış olmaq imkanı əldə ediblər. 
İnfotur çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tərəfindən "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər" mövzusunda təqdimat edilib. Təqdimatda peşə təhsilinin əlçatanlığının təmin edilməsi, yenilənən infrastruktur, peşə təhsilində tədrisin məzmunu və təhsilverənlərin peşəkar inkişafı, rəqəmsallaşan peşə təhsili, peşə təhsilində yeni maliyyələşmə modeli kimi yanaşmalar barədə ətraflı məlumat verilib.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLARLənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLARLənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLARLənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLARLənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLAR

Sosial       Tarix: 03 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xəbərlər bugün cəbhədən son görüntülər en son xeberler